Sabah Bakının bu ərazilərində qaz olmayacaq - Xəbərdarlıq

img

29-11-2018 [21:11]


Sabah Bakının bəzi küçələrində təbii qaz verilişində məhdudiyyət olacaq.

Mia.az "Azəriqaz” İstehsalat Birliyinə istinadən bildirir ki, istismarı dayandırılmış diametri 219 və 159 mm-lik qaz xəttinin ləğvi, qaz xətti üzərinə siyirtmənin quraşdırılması və qaz kəmərində aşkar olunmuş sızmanın ləğv edilməsi ilə əlaqədar olaraq, noyabrın 30-u saat 10:00-dan təmir işləri yekunlaşanadək Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, İsmayılov, Bünyadov, Anaşkin və Ş.Kamilov küçələrinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq:

"Aparılan təmir işləri gün ərzində yekunlaşdırılaraq təbii qazın verilişində yaranacaq fasilə aradan qaldırılacaq. "Azəriqaz” İstehsalat Birliyi bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət edilməsini xahiş edir".

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA