"Belə seçkilər bir daha keçirilməməlidir" - Gürcüstanın hazırkı prezidentindən gözlənilməz bəyanat

img

29-11-2018 [16:01]


"Dünənki seçkilərin müşahidəsi və müşahidəçi təşkilatların təhlili əsasında ikinci turda demokratik seçkilərin keyfiyyətinin kəskin aşağı düşməsi ilə bağlı narahatlığımı bildirmək istəyirəm”.

Bu barədə Gürcüstan prezidenti Giorgi Marqvelaşvili brifinqdə bildirib.

O deyib ki, bu cür standartlar üzrə belə seçkilər Gürcüstanda bir daha keçirilməməlidir.

G.Marqvelaşvili ikinci turda əhalinin yüksək fəallıq nümayiş etdirdiyini vurğulayaraq vətəndaşlara, müşahidə missiyaları və KİV-ə minnətdarlığını bildirib.

Dövlət başçısı sonda Salome Zurabişvilini prezident seçilməsi münasibətilə təbrik edib. 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA