Prezident İlham Əliyev Tahir Salahova telefonla zəng edib - Məqsəd

img

29-11-2018 [11:52]


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 29-da Azərbaycanın və SSRİ-nin Xalq rəssamı, Sosialist Əməyi Qəhrəmanı, Dövlət mükafatları laureatı Tahir Salahova telefonla zəng edib.

Mia.az xəbər verir ki, dövlət başçısı müasir Azərbaycan rəssamlıq məktəbinin görkəmli nümayəndəsi Tahir Salahovun fəaliyyətini yüksək qiymətləndirib, onu 1-ci dərəcəli "Əmək” ordeni ilə təltif olunması münasibətilə təbrik edib.

Tahir Salahov telefon zənginə və təbrikə görə Prezident İlham Əliyevə təşəkkür edib və onu Azərbaycanın yüksək dövlət mükafatına - 1-ci dərəcəli "Əmək” ordeninə layiq gördüyünə görə dərin minnətdarlığını bildirib.

Dövlətimizin başçısı Tahir Salahova möhkəm cansağlığı və fəaliyyətində yeni-yeni uğurlar arzulayıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA