Gürcüstanda seçki bitdi, MSK rəsmi nəticələri elan etdi - Saakaşvilinin namizədi 19 faiz fərqlə uduzdu

img

29-11-2018 [09:03]


Gürcüstanda prezident seçkilərinin ikinci turu ilə bağlı ilkin rəsmi nəticələr açıqlanıb.

Mia.az xəbər verir ki, Gürcüstan Mərkəzi Seçki Komissiyasının məlumatına görə, seçki qutularının demək olar ki, hamısı açılıb və səslər sayılıb.

Sayılan səslərə görə, iqtidarın dəstəklədiyi Salome Zurabişvili səslərin 59,52 faizini qazanıb.

Saakaşvili və tərəfdarlarının dəstəklədiyi Vahid Milli Hərəkat Partiyasının namizədi Qriqol Vaşadze isə 40,48 faiz səs toplayıb.. 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA