Marneulidə qarşıdurma - Vaşadzenin tərəfdarları ilə polis üz-üzə gəldi

img

29-11-2018 [00:40]


Gürcüstanda azərbaycanlıların sıx yaşadığı Marneuli rayonunun İmir kəndindəki 59 saylı seçki məntəqəsində səslərin sayılmasından sonra qarşıdurma baş verib.

Mia.az "Report”a istinadən xəbər verir ki, müxalif Vahid Milli Hərəkat Partiyasının tərəfdarları seçki məntəqəsinin protokolunun hakim partiya nümayəndələri tərəfindən götürüldüyünü iddia edirlər.

Partiyanın üzvü, deputat Azər Süleymanov 59 saylı seçki məntəqəsində Vahid Milli Hərəkat Partiyasının namizədi Qriqol Vaşadzenin qalib gəldiyini deyib: "Hakim partiyanın nümayəndələri polis nəfərləri ilə birgə məntəqədən protokolu aparıblar. Sənəd qaytarılmayana qədər tərəfdarlarımız məntəqədən uzaqlaşmayacaq”.

Hazırda seçki məntəqəsi ətrafında Q.Vaşadzenin tərəfdarları toplanıb. Hadisə yerinə polis cəlb olunub. Müxalif partiya tərəfdarları və polis arasında mübahisə və qarşıdurma yaşanıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA