Saakaşvili ordu və polisə üz tutdu, xalqı kütləvi itaətsizliyə çağırdı: "Biz mütləq qalib gələcəyik”"

img

28-11-2018 [21:55]


"Seçkilərin nəticələrinə baxmayaraq, sabahdan kütləvi itaətsizliyə başlayırıq”.

Bunu Gürcüstanın müxalif Vahid Milli Hərəkat Partiyasının lideri, ölkənin sabiq prezidenti Mixeil Saakaşvili videomüraciətində deyib.

O, bildirib ki, Gürcüstan cəmiyyəti təhlükələri anlamalı və ölkəni qorumalıdır: "Mən Gürcüstan polisini və ordusunu cinayətkar və mafiya dəstəsindən uzaq durmağa çağırıram. Bir yerdə olmalı və Gürcüstanın taleyi barədə düşünməliyik. Mən birliyə çağırıram və biz mütləq qalib gələcəyik”.

M.Saakaşvili Gürcüstanda növbədənkənar parlament seçkiləri tələbi ilə aksiyalar  keçirməyə çağırıb.

Report


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA