Vaşadze "gözləyin" dedi: "Seçicilərin böyük əksəriyyəti saat 17:00-dan sonra səsvermədə iştirak edib”

img

28-11-2018 [21:26]


Gürcüstanın müxalif Vahid Milli Hərəkat Partiyasının (VMHP) prezidentliyə namizədi Qriqol Vaşadze seçkilərin ikinci turu ilə bağlı keçirilmiş "exit-poll”un nəticələrinə böyük hörmətlə yanaşdığını bildirib.

Q.Vaşadze ikinci turun yekun nəticələrini gözlədiyini deyib.

O, "exit-poll”un nəticələrinin saat 17:00-a olan məlumatları əks etdirdiyini bildirib: "Biz mütləq yekun nəticələri gözləyəcəyik, çünki seçicilərin böyük əksəriyyəti saat 17:00-dan sonra səsvermədə iştirak edib”.

Q.Vaşadze qeyd edib ki, Gürcüstanda bu vaxta qədər bu cür seçkilər olmayıb: "Hakimiyyət bacardığı qədər hamını – bütün cinayətkarları, rüşvətxorları, narkotik alverçilərini səfərbər etmişdi”.

VMHP-nin lideri, Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili öz növbəsində prezident seçkilərinin ikinci turunun nəticələrini tanımadığını bildirərək, seçkiləri qeyri-legitim adlandırıb.

Qeyd edək ki, Gürcüstanda prezident seçkilərinin ikinci turu ilə bağlı keçirilmiş "exit-poll”un nəticələrinə əsasən, hakim Gürcü Arzusu Partiyasının dəstəklədiyi namizəd Salome Zurabişvili səs çoxluğu ilə qalib gəlib/Report.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA