“Hökumət sizin xidmətinizdə olacaq..." - İvanişvili xalqı təbrik etdi, vəd verdi

img

28-11-2018 [20:52]


Gürcüstanın hakim Gürcü Arzusu Partiyasının sədri Bidzina İvanişvili seçicilərə göstərdikləri dəstəyə görə təşəkkür edib.

O, partiyanın qərargahında keçirdiyi brifinqdə vətəndaşlara müraciət edib.

"Hökumət sizin xidmətinizdə olacaq və etimadınızı doğrultmaq üçün mümkün olan hər şeyi edəcək. Cəmiyyətimizə və fədakarlıqla iş aparmış komandaya çox minnətdaram”, - partiya sədri bildirib.

Gürcüstanın baş naziri Mamuka Baxtadze də seçicilərə göstərdikləri fəallığa görə təşəkkür edib. O, Salome Zurabişvilini əldə etdiyi yüksək nəticə münasibətilə təbrik edib.

Qeyd edək ki, Gürcüstanda prezident seçkilərinin ikinci turu ilə bağlı keçirilmiş "exit-poll”un nəticələrinə əsasən, hakim partiyanın dəstəklədiyi namizəd S.Zurabişvili səs çoxluğu ilə qalib gəlib/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA