İki təşkilat "exit-poll”un nəticələrini açıqladı - Zurabişvili Vaşadzeni məğlub edib

img

28-11-2018 [20:31]


Gürcüstanda prezident seçkilərinin ikinci turu ilə bağlı keçirilmiş "exit-poll"un nəticələri açıqlanıb.

Mia.az "Report”a istinadən xəbər verir ki, "Rustavi 2” televiziya kanalının sifarişi ilə "Edison Research” təşkilatının keçirdiyi "exit-poll”un nəticəsinə əsasən, Gürcüstanın hakim Gürcü Arzusu Partiyasının dəstəklədiyi namizəd Salome Zurabişvili 55%, Vahid Milli Hərəkat Partiyasının namizədi Qriqol Vaşadze isə 45% səs toplayıb.

"Gallup International” təşkilatının apardığı "exit-poll”un nəticəsinə əsasən isə S.Zurabişvili 58%, Q.Vaşadze 42% səs əldə edib.

Təşkilat "exit-poll”u "İmedi” televiziya kanalının sifarişi əsasında həyata keçirib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA