Gürcüstanda seçki: iqtidar və müxalif tərəfdarları arasında dava düşüb, həbslər var - İvanişvili camaata zəng edir

img

28-11-2018 [13:37]


Gürcüstanda ikinci turdan öncə bir sıra insidentlər qeyd alınıb.

Zuqdidi şəhərində Vahid Milli Hərəkatın nümayəndəsi Vaxtanq Xviçiya gecə seçki məntəqəsindən polis idarəsinə gətirilib.

Buna səbəb onun yerli seçki komissiyasının üzvləriylə dalaşması olub.

Daha bir insident Qardabani rayonunda baş verib. Burada Zurabişvili və Vaşadze tərəfdarları arasında dava düşüb.

Polis bir neçə nəfəri həbs edib.

***

Gürcüstanın Gənc Hüquqşünaslar Assosiasiyası qeyri-hökumət təşkilatı seçkinin ikinci turunda ilk pozuntu hallarını qeydə alıb.

Təşkilat seçkinin ikinci turunda 7 pozuntu haqda məlumat yayıb. Pozuntulardan 5-i Kaxetiya bölgəsində, ikisi isə ermənilərin çoxluq təşkil etdiyi Axalkalaki şəhərində baş verib.

Bundan başqa, əhalinin telefonlarına 48 nömrəsiylə Bidzina İvanişvilinin adından zənglər daxil olduğu bildirilib. Belə ki, telefon zənginə cavab verənlər burada İvanişvilinin səs yazısını eşidirlər. İvanişvili "zəng etdiyi” şəxsi seçkiyə çağırır/Axar.az.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA