Vaşadzenin seçki qərargahının rəhbəri: "Vəziyyət daha gərgindir"

img

28-11-2018 [13:20]


Gürcüstan prezidentliyinə namizəd Qriqol Vaşadzenin seçki qərargahının rəhbəri Georgi Vaşadze birləşmiş müxalifətin ofisində keçirdiyi mətbuat konfransında səsvermə prosesinin ciddi pozuntularla müşayiət edildiyini bildirib.

G.Vaşadze deyib ki, bu gün vəziyyət seçkinin birinci turunda olduğundan daha gərgindir.

"Qurcaani bələdiyyəsində məntəqə seçki komissiyasının üzvü müxalifət nümayəndəsini binadan çölə çıxarıb. Buna səbəb isə seçicilərin bülleteni göstərməyə məcbur edilməsinin müşahidəçilər tərəfindən aktlaşdırılması olub. Oxşar hadisə Tbilisinin Didube rayonundakı 29 saylı seçki məntəqəsində də baş verib. Belə ki, seçki məntəqəsini tərk edən xarici müşahidəçini qeyri-qanuni təbliğatla məşğul olmaqda ittiham edərək, akt tərtib ediblər”, – deyə G.Vaşadze bildirib.

G.Vaşadze Mərkəzi Seçki Komissiyasının sədri Tamar Jvaniyanı müşahidəçilərə işləmək üçün şərait yaratmağa çağırıb/Teleqraf.com.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA