Marneuli rayonuna əlavə polis qüvvələri göndərildi - Gürcüstanda seçki gərginliyi artır + FOTO

img

28-11-2018 [12:58]


Gürcüstanda azərbaycanlıların sıx yaşadığı Marneuli rayonuna əlavə polis qüvvələri cəlb olunub.

Rayona canlı qüvvə ilə yanaşı, "Kobra” adlı iki polis maşını da yeridilib.

Gürcüstanın daxili işlər nazirinin müavini Nino Cavaxadze bildirib ki, əlavə polis qüvvələri Marneuli ilə yanaşı, digər bölgələrdə də yerləşdirilib: "Daxili İşlər Nazirliyi seçkilərin təhlükəsiz şəraitdə keçirilməsini təmin edir. Bu məqsədlə gün ərzində polis qüvvələrinin ölkə üzrə yerləşdirilməsi həyata keçiriləcək”. 

Report

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA