"Bu zonanın lideri olmaq istəyirəm” - Saakaşvili hədəfini açıqladı

img

27-11-2018 [15:57]


Sabiq prezident Mixail Saakaşvili Gürcüstana qayıtdıqdan sonra ölkənin qərb bölgələrində liman kəndi olan Anakliyadakı "Lazika” azad iqtisadi zonasının başçısı olmaq istədiyini açıqlayıb.

O, bu barədə "Rustavi 2” telekanalına müsahibəsində danışıb.

Sabiq prezidentin sözlərinə görə, o, Gürcüstanda hakimiyyət dəyişikliyindən sonra keçmiş baş nazir Bidzina İvanişvili kimi hökuməti qeyri-rəsmi idarə etmək niyyətində deyil:

"Mən gələcək hakimiyyətdən heç bir vəzifə tələb etmirəm və etməyəcəyəm. Mən hökumətdə olmayacağımı deyirəm, bu, hiylə deyil”.

Saakaşvili qeyd edib ki, əsas planı Gürcüstanı uğurlu dəniz ölkəsinə çevirməkdir: "Buna görə də, "Lazika” azad iqtisadi zonasının başçısı vəzifəsinə müraciət edəcəyəm. Bu zonanın lideri olmaq istəyirəm”.

Teleqraf.com

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA