Əməliyyat edilən xəstə iflic oldu - Bakıda dövlət xəstəxanasında BİABIRÇILIQ

img

27-11-2018 [12:42]


Bakıda dövlət xəstəxanasına yerləşdirilən xəstə əməliyyatdan sonra iflic olub.

Mia.az xəbər verir ki, unikal.org-un əldə etdiyi məlumata görə, hadisə bu gün Mirməmməd Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxanasında baş verib.

Belə ki, 1962-ci il təvəllüdlü Akif Paşayev prostat əməliyyatı olunan zaman komaya düşüb. Sonra onun iflic olduğu məlum olub. Xəstə hazırda reanimasiyaya yerləşdirilib.

Xəstənin yaxınları bildirir ki, ona yardım üçün Ak.Mirqasımov adına Respublika Klinik Xəstəxanasından səhər saat 7-də həkim çağrılsa da,nevropatoloq bu saatlarda gəlib çıxıb. Həkim gəlib, əməliyyat etsə də xəstənin səhhətində heç bir irəliləyiş qeydə alınmayıb. Əksinə A.Paşayevin vəziyyəti daha da ağırlaşıb. Xəstə hazıda komadadır.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA