26-11-2018 [21:05]
Paytaxtın sahəsinə görə ən böyük rayonu olan Binəqədidə yerli əhalinin narazılıqlarının sosial gərginlik təzahürünə çevrilməsi ehtimalı böyükdür. Rayonun eyniadlı qəsəbəsində bıçaq artıq xirtdəyə dirənib, sakinlər çarəsizliyə qapılıb.
İlk baxışdan səbəb çox bəsit görünür, amma vəziyyətin təhlili göstərir ki, əslində, etirazın yaranması arxasında səlahiyyətlilərin əllərini başları arxasına qoyaraq mürgüləməsidir.
Ötən həftə (3-cü mədən küçəsi, korpus 120 ünvanında yaşayan) bir qrup Binəqədi sakininin şikayətinin KİV-də əksini tapmasından sonra məsələni dərindən öyrənməyə ehtiyac yarandı.
Məlum oldu ki...
Prezidentin "2014-2016-cı illərdə Bakı şəhəri və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”na əsasən, Binəqədi (kənd) qəsəbəsi ərazisində bir sıra mühüm sosial obyektlərin tikintisi nəzərdə tutulub, hər bir müvafiq dövlət qurumunun konkret vəzifələri göstərilib.
Dövlət başçısının sərəncamında xüsusi diqqət çəkən qəsəbədə 3 orta məktəbin istifadəyə verilməsidir. Bu məktəblərdən biri (282 saylı) sənəddə qeyd olunan dövrdə, yəni 2014-2016-cı illərdə tam tikilərək hazırda istismar olunur. Lakin digər iki məktəbin – 179 saylı və 960 şagird yerlik 205 saylı məktəbin sökülərək yenidən inşası müvafiq dövrdə tamamlanmayıb.
Qəsəbədəki poliklinika və təcili yardım stansiyası ilə qonşuluqda olan təhsil müəssisələrindən biri (179 saylı) yalnız bu il istifadəyə verilib. Təkrar edək, 2018-ci ildə!
İdman-Sağlamlıq Mərkəzi ilə yanaşı olan ikinci bilik ocağının inşası isə, qeyri-rəsmi açıqlamaya əsasən, yalnız 2019-cu ildə başlamalıdır.
Prezidentin sərəncamında göstərilən tarixə rayon icra hakimiyyəti və bələdiyyə səlahiyyətlilərinin, yumşaq desək, laqeydliyinin səbəblərini araşdırmaq artıq çox gecdir. Bununla bağlı suallara sabiq başçı Xaləddin İbrahimov verə bilərdi. Onun qara mirasını almış yeni rəhbərlik də məsələnin dərinliyinə getməkdə həvəsli görünmür.
Yeni icra başçısı Elxan Allahverdiyevi hələ ki qəsəbədə görən olmayıb.
Bələdiyyə üzvləri isə son günlərdə şikayətləri KİV-ləri dolaşan yerli sakinləri dinləmək üçün əraziyə gələndə, bir neçə dəqiqəlik ünsiyyətdən sonra soyuqdur deyə maşınlarına minməyə tələsirlər.
Məlumat üçün qeyd edək ki, Prezidentin məlum sərəncamında göllərin (Xocasən, Binəqədi, Lökbatan, Qaradağ, Qu, Zabrat, Zığ, Bülbülə) ekoloji vəziyyətlərinin yaxşılaşdırılması istiqamətində işlərin davam etdirilməsi qeyd olunub. Tikintisi 2014-2016-cı illərdə başa çatdırılmayan 205 saylı məktəbin sökülərək yenidən tikilməsi də məhz bu göllərdən birinin ərazisində aparılmalıdır.
Ötən illərdə Binəqədi-Mehdiabad-Novxanı yolu üstündə, İdman Sağlamlıq Mərkəzi ilə üzbəüz yerləşən həmin ərazidə gölün qurudulması üzrə işlər artıq 3 ilə yaxındır ki, davam edir. İş artıq tamamlanmaq üzrədir.
Amma rayon səlahiyyətliləri bu işi görərkən, böyük ərazinin çirkab sularının hara axıdılacağı barədə heç düşünməyiblər. Buna görə də, magistral yolun həm sağ, həm də sol tərəfi hazırda kanalizasiya sisteminə malik deyil.
Məlum ərazidə "Nuh tufanı” yaşanır. Yağıntı və kanalizasiya sularının axıdılmasında tıxac yaranıb. Yerli bələdiyyənin tapdığı "zəkalı çarə” evlərin boy atdığı küçədə "arx” çəkilməsidir. Sakinlər səlahiyyətlilərdən problemin təcili həllini gözləyir, amma görünən budur ki, daş qayaya rast gəlib.
Üstəlik, yerli bələdiyyə Balaxanı zibil emalı zavoduna daşınmalı olan tullantıları da həmin əraziyə yönəldir.
Beləliklə, ərazidə iki problem üst-üstə gəlib.
Sakinlər deyir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin bixəbər olduğuna inanan, daşa dönsün!
Binəqədi sakinlərinin şikayətində bir haqlı məqamda var: "Yaxşı, lap gec də olsa, 205 saylı məktəbin binası hazır oldu, məgər 960 şagirdə və sayını bilmədiyimiz müəllim heyətinə kanalizasiya lazım olmayacaq? Axı onlar təbii ehtiyacı ödəmək üçün üzlərini divara tutmayacaq ki!..”
"Azərsu” ASC-nin çirkab suları ilə bağlı problemə barmaqarası baxışı da ən azı qəribədir. Çünki kanalizasiya xəttinin çəkilərək yaxınlıqdakı kollektora birləşdirilməsi məhz ASC-nin işidir.
Prezident İlham Əliyev geniş tərkibli müşavirələrin hər birində məmurları vətəndaşların sosial qayğılarına xüsusi diqqət göstərməyi tələb edir. "Məmur-vətəndaş münasibətləri sağlam zəmində qurulmalıdır. Məmurlar özlərini təvazökar aparmalıdırlar, insanlara qayğı göstərməlidirlər. Unutmamalıdırlar ki, onlar tutduğu vəzifələrdə xalqa xidmət etmək üçün işləyirlər və əlbəttə ki, xalqın bütün problemləri, bütün qayğıları öz həllini tapmalıdır”.
Bu mənada Binəqədi qəsəbəsində yaranmış problem Bakı şəhər İcra Hakimiyyətinin yeni başçısı Eldar Əzizov və Binəqədi rayon İcra Hakimiyyətinin yeni başçısı Elxan Allahverdiyev üçün ciddi sınaqdır. Onlar və digər səlahiyyətlilər ya təcili tədbirlər görməli, ya da vəzifə kürsülərini sözü və əməli üst-üstə düşən, işgüzar şəxslərə təhvil verməlidirlər.
Strateq.az
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi