Nazirlik sex sahibini 4000 manat cərimələdi - Şikayət əsasında

img

26-11-2018 [16:54]


 Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Sabunçu rayonu, Zabrat qəsəbəsi, 18 Oktyabr küçəsi 56 ünvanında fəaliyyət göstərən metaləritmə sexindən ətrafa tüstü və qoxunun yayılması ilə bağlı daxil olan şikayət Nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılıb və monitorinq keçirilib. 

Mia.az ETSN-ə istinadən bildirir ki, atmosfer havasından nümunələr götürülüb və analizlər aparılıb. Analizlərin nəticələrinə görə havaya atılan tullantıların miqdarının normadan artıq olduğu müəyyən edilib: 

"Faktla bağlı sexin sahibi Mürsəl Məmmədov barəsində protokol tərtib edilib və o, vəzifəli şəxs qismində 4000 manat məbləğində cərimə olunub.

Atmosferə atılan tullantıların qarşısının alınması məqsədilə sex sahibinə icrası məcburi olan müddətli "məcburi göstəriş” verilib".

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA