26-11-2018 [11:57]
Son illər paytaxt Bakı dünyanın ən gözoxşayan, müasir şəhərlərindən birinə çevrilsə də, bu inkişaf özüylə xeyli həlli vacib problemlər də gətirməkdədir.
Paytaxt və paytaxtətrafı qəsəbələrdə sürətli məskunlaşmanın və əhali sıxlığının kəskin artması, turist axınının ilbəil güclənməsi təkcə yüksək təhlükəsizlik tədbirlərinin görülməsini zəruri etmir, həm də hökumətdən yeni xidmət və yaşayış sahələrinin tikilib istifadəyə verilməsini, əlverişli yol-nəqliyyat infrastrukturunun yaradılmasını, sərbəst və rahat hərəkət sistemlərinin, mexanizmlərinin qurulmasını da tələb edir.
Müşahidələr göstərir ki, son illər ərzində hökumətin bu məqsədlə həyata keçirdiyi bir çox layihələr, xüsusən də enerji, su, kanalizasiya xətlərinin çəkilməsi və istifadəyə verilməsi, sərnişin və yük daşımaların həyata keçirilməsi proqramları əhali sıxlığına və sürətli məskunlaşmaya adekvat olsa da və vətəndaşların həyat şəraitinin yaxşılaşmasına xeyli müsbət təsir göstərsə də, aşağıda barəsində söz açacağımız mühüm bir problem, görülən bütün önləyici tədbirlərə baxmayaraq, getdikcə böyüməkdədir.
Söhbət hər gün rastlaşdığımız bir situasiyadan – paytaxt yollarında müddəti günbəgün artan tıxaclardan gedir.
Təkcə son 10 il ərzində sayısız köpülərin, tunellərin, yol qovşaqlarının və yolötürücülərin tikilib istifadəyə verilməsinə, ayrıca genişzolaqlı yeni yolların salınmasına, eləcə də hərəkətin müntəzəm qaydada polis gücünə tənzimlənməsi hallarına baxmayraq, paytaxtın tıxac problemi hələlik tam həll oluna bilmir.
İş o yerə çatıb ki, hətta müxalif siyasətçilər belə, hökumət əleyhinə əsaslı arqument tapmayanda, hərlənib-fırlanıb bu tıxac problemi üzərində dayanır, sosial şəbəkələrdə tıxaclardan çəkilmiş foto və videokadrları geniş müzakirəyə çıxararaq, illərlə çəkilən zəhmətin hədər yerə getdiyi təəssüratını yaratmağa çalışırlar...
Bu mövzuda söhbətləşdiyimiz mütəxəssislərin sözlərinə görə, nəqliyyat vasitələrinin tıxac problemi sıx əhali məskunlaşmalarının qeydə alındığı iri şəhərlər, böyük meqapolislər üçün xarakterik olduğundan, buna dünyanın əksər şəhərlərində rast gəlinir, ancaq eyni zamanda bu, həm də problemdən çıxış yolları üçün digər ölkələrin təcrübələrindən yararlanmaqla, asan modellərin tətbiqi imkanlarını da artırır.
Ancaq təəssüf ki, Azərbaycan indiyədək daha çox körpü, tunel və keçidlərin tikintisində digər ölkələrin tətbiq etdiyi yeniliklərdən yararlansa da, tıxcların aradan qadırılmasında hələlik ənənəvi və ən sadə üsula – nəqliyyatın ən sıx və intensiv hərəkətinə səbəb olan şəraitin aradan qaldırılmasına, xüsusən də böyük təhsil müəssisələrinin, zavod və fabriklərin, ticarət mərkəzlərinin və digər bu kimi iri sahibkarlıq obyektlərinin paytaxtın nisbətən boş ərazilərinə köçürülməsi işinə yalnız indi başlayıb.
İndi hökumət üçün ən arzuolunan variant ən tez müddətdə və ən az vəsait sərf etməklə, bu problemdən çıxış yolunun tapılmasıdır.
Müşahidələr göstərir ki, hazırda paytaxtda nəqliyyatın sərbəst hərəkətinə çətinlik yaradan əsas maneələrdən biri hələ sovetlər dövründə tikilmiş və istismar müddəti başa çatmış iri sənaye obyektlərinin, zavod və fabriklərin binalarından anbar, saxlanc, sex və həmçinin müxtəlif təyinatlı istehsalat və topdansatış obyektləri kimi istifadə olunması, bu obyektlərə çoxsaylı, xüsusən iritutumlu yük avtomobillərinin intensiv gediş-gəlişidir. Belə obyektlər, demək olar ki, Bakının bütün mərkəzi rayonlarının ərazisində mövcuddur və onların şəhərin içərisindən kənara çıxarılması yolların yükünü də, avtomatik şəkildə, bir xeyli azlatmış olacaq.

Nəqliyyatın hərəkətinin intensiv olduğu, tikilən yeni körpü və keçidlərin ən çox yükləndiyi istiqamətlərdən biri isə, şübhəsiz, son illər əhalinin ən sıx məskunlaşdığı rayonlardan olan Binəqədi ilə Bakının digər rayonlarına çıxışda çox əhəmiyyətli sayılan "Ziya Bünyadov prospekti”ni birləşdirən "Dərnəgül şossesi”dir. Baxmayaraq ki, "Ziya Bünyadov prospekti”nin yenidən qurulmasından, yeni tunel və körpülərin istifadəyə verilməsindən sonra bu istiqamətdə nəqliyyatın hərəkətinin xeyli qaydaya düşəcəyi gözlənilirdi, ancaq el arasında "Dərnəgül bazarı” kimi tanınan tikinti materiallarının əsas topdansatış mərkəzlərinin məhz bu yol üzərində cəmləşməsi Bakının 4-5 rayon əhalisinin ən qısa məsafə kimi qət etdiyi bu nəqliyyat dəhlizini indi əsil cəhənnəmə çevirib. Hazırda iri qabaritli və ağır tonnajlı avtomobillərin aramsız hərəkəti və ya nizamsız şəkildə yol kənarına düzülüşü təkcə sıxlıq yaratmaqla kifayətlənmir, həm də yenicə istismara verilən yolları da bərbad hala salır...
Əslində, mövcud reallıqda, hökumət üçün ən uyğun variantlardan biri buradakı bazarın, sahibkarlıq obyektlərinin bütövlükdə yenicə istifadyə verilmiş və bu ilin avqustunda açılışında Prezident İlham Əliyevin də iştirak etdiyi Abşeron Logistika Mərkəzinin ərazisinə köçürülməsi ola bilər. Çünki Mərkəzin ərazisi həm bütün istiqamətlərə nəqliyyatın rahat hərəkətini təmin etmək, həm də digər ticarət və sənaye mərkəzləri ilə əlaqəli işləmək baxımından sahibkarlıq subyektlərinin özlərinə də xeyli faydalıdır. Xatırladaq ki, Abşeron Logistik Mərkəzi Bakı Baş Gömrük İdarəsinə, "Meyvəli” bazarına, "Sədərək” və "Binə” ticarət mərkəzlərinə, Ələtdəki Beynəlxalq Dəniz Ticarət Limanına və s. bu kimi biznes strukturlarına yaxın məsafədə qurulub.

Hələ bir neçə ay əvvəl, mütəxəssislər hesablamışdılar ki, hər gün, azı, 800-1000 yük maşını gün ərzində şəhərin mərkəzində yerləşən yükboşaltma məntəqələrindən yükləri şəhərdaxili anbar və tikinti materialları bazarlarına, o cümlədən də "Dərnəgül bazarı”na daşıyırlar. Hələ bazarda çalışanların özlərinin şəxsi avtomobilləri bu siyahıya daxil edilməyib.
Sözsüz ki, bir bazarın köçürülməsiylə şəhərə giriş-çıxışda, eləcə də Bakının mərkəzi küçə və prospektlərinə daxil olmadan digər rayonlara hərəkət istiqamətində önəmli bir yol – prospekt avtomatik olaraq əlavə yükdən xilas edilmiş olur. Üstəlik, yol ətrafındakı hektarlarla boşalmış ərazi paytaxtda yaşıllıqların olmadığı bu bölgədə yeni yaşıllıq sahələrinin, parkların, yaşayış və əyləncə komplekslərinin salınması üçün də ideal məkan sayıla bilər.
Yeri gəlmişkən, onu da xatırladaq ki, mütəxəssis hesablamalarına görə, bir körpü-tunelin tam şəkildə tikilib istifadəyə verilməsi üçün çəkilən xərc və itirilən vaxt böyük bir bazarın şəhərdən kənar yerlərə köçürülməsindən qat-qat artıq müddətə və vəsaitə başa gəlir.
Elə isə, aidiyyəti qurumlar nəyi gözləyir?
Strateq.az
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi