DSX əməkdaşlarından əməliyyat - İki türkmən saxlanılıb

img

26-11-2018 [11:37]


 Dövlət Sərhəd Xidməti (DSX) alkoqol və tütün məhsullarını qa­çaq­mal şəklində ölkəmizə keçirənləri saxlayıb.

Mia.az DSX-ya istinadən xəbər verir ki, sər­həd nəzarəti orqanlarının gömrük əməkdaşları ilə birgə keçir­dikləri tədbirlər nəticəsində Bakı-Türkmənbaşı reysi ilə "Bəxtiyar” gəmi­sində yola düşən Türkmənistan vətəndaşları - 1982-ci il təvəl­lüdlü Bullarov Qurhanmuhannedə məxsus "Ford-Tranzit” markalı BT-9388-AG dövlət nömrə nişanlı və 1990-cı il təvəllüdlü Kaderon Beg­lienə məxsus "Toyota” markalı BG-5081-AG dövlət nömrə ni­şan­lı avtomobillərin salonlarında alkoqol və tütün məhsullarını qa­çaq­mal şəklində dövlət sər­hə­­din­dən keçirmək cəhdlərinin qarşısı alınıb:

"Belə ki, avtomobillərin salonlarında 1524 qutu "Pall Mall”, 490 qutu "Fine”, 800 qutu "Wont”, 10 qutu "Parlament” siqaretləri, 400 ədəd "Mascotte” markalı tütün doldurmaq üçün siqaretlər, 500 qram tütün, 8 ədəd 2,5 litrlik "Georgian ԝine”, 10 ədəd 0,5 litrlik "Rkatsiteli” markalı çaxır, 6 ədəd 1 litrlik adsız suvenir çaxırlar aşkar olunub".

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA