Badamdarda yeni uçqunlar olub

img

25-11-2018 [19:00]


Badamdar qəsəbəsindəki sürüşmə zonasında gərginlik qalmaqdadır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Mia.az-a verilən məlumata görə, mütəxəssislər tərəfindən keçirilmiş monitorinqlər göstərir ki, sürüşmə zonası sahələrindən birində avtomobil yoluna tərəf yönələn torpaq kütləsinin artımı müşahidə olunur. Yağışlar nəticəsində kiçik sahədə torpaq uçqunları da qeydə alınıb.

Bununla belə, sürüşmə zonasının yuxarı hissəsində yerləşən həyət evlərində qurulmuş mayaklarda dəyişikliklər müşahidə olunmayıb.

Xatırladaq ki, bir gün əvvəl Badamdardakı sürüşmə zonasında qayanın böyük bir parçası qopub və enişlə aşağı hərəkət etməyə başlayıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA