Azərbaycan vətəndaşı Gürcüstanda həbs olundu - Səbəb

img

24-11-2018 [18:03]


Gürcüstanın Kvemo Kartli bölgəsində qanunsuz olaraq odlu silahın alınması, saxlanılması və daşınması ilə bağlı üç nəfər saxlanılıb.

"Report”un Gürcüstan bürosunun verdiyi xəbərə görə, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.

Saxlanılanlardan ikisi əvvəllər məhkum olunmuş Gürcüstan, biri isə 1959-cu il təvəllüdlü N.V. adlı Azərbaycan vətəndaşıdır.

Üzərlərinə şəxsi axtarış keçirilən zaman Gürcüstan vətəndaşlarından "Korovin” tipli tapança, digər odlu silah və çoxlu sayda patronlar, Azərbaycan vətəndaşından isə "Gold Star” tipli tapança müsadirə olunub.

Saxlanılan şəxsləri 4 ildən 7 ilədək həbs cəzası gözləyir.

Digər xəbərlər
SON XƏBƏRLƏR
11:20 16.02.2026

Onlar imtahan verəcək

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA