Dövlət qulluğu ilə bağlı strategiya təsdiqləndi - Prezident hökumətə tapşırıq verdi

img

23-11-2018 [19:17]


Prezident İlham Əliyev "Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019−2025-ci illər üçün Strategiya”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb.

Mia.az-ın məlumatına görə, sərəncamda qeyd edilir ki, sərəncamın 1-ci hissəsi ilə təsdiq edilmiş Strategiyanın həyata keçirilməsi və icrasının monitorinqi üzrə əlaqələndirici orqan Azərbaycan Dövlət İmtahan Mərkəzi müəyyən edilsin.

Dövlət İmtahan Mərkəzi sərəncamla təsdiq edilmiş Strategiyanın icrası üzrə fəaliyyət planlarında nəzərdə tutulan tədbirlərin yerinə yetirilməsi barədə ildə bir dəfə Azərbaycan prezidentinə hesabat verəcək.

Nazirlər Kabinetinə tapşırılır ki, sərəncamla təsdiq edilmiş Strategiyanın 2022−2025-ci illərdə icrası üzrə fəaliyyət planının layihəsini hazırlayaraq 2021-ci il iyulun 1-dək Azərbaycan prezidentinə təqdim etsin; sərəncamdan irəli gələn digər məsələləri həll etsin.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA