DTX və DİN Sumqayıtda qanunsuz dini fəaliyyət aşkarladı - ƏMƏLİYYAT

img

23-11-2018 [17:14]


Noyabrın 23-də Dövlət Təhlükəsizliyi Xidmətinin Sumqayıt Şəhər İdarəsi, Daxili İşlər Nazirliyi Sumqayıt Şəhər Polis İdarəsi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Sumqayıt bölgəsi üzrə şöbəsi tərəfindən Sumqayıt şəhəri Novxanı qəsəbəsi bağlar massivi, Çinarlı küçəsi 1886 ünvanında yerləşən Azərbaycan Respublikasının vətəndaşı Hüseynov Elçin Sovet oğluna məxsus bağ sahəsinə baxış keçirilib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Mətbuat xidməti Mia.az-a bildirib ki, baxış nəticədə qeyri-qanuni dini fəaliyyət aşkarlanıb.

Faktla bağlı inzibati qaydada protokol tərtib edilərək məhkəməyə göndərilib.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA