İcra başçısı məhkəmə sədrini təltif etdi - Biləsuvarda Ədliyyə orqanlarının 100 illiyinə həsr olunmuş tədbir + FOTOLAR

img

22-11-2018 [17:05]


22 noyabr 2018-ci il tarixdə Biləsuvar rayonunda  Ədliyyə orqanlarının 100 illiyinə həsr olunmuş tədbir keçirilib.

Bu barədə Biləsuvar İcra Hakimiyyətindən Mia.az-a verilən məlumata görə, tədbirdə rayon İcra hakimiyyətinin başçısı Mahir Quliyev, rayonun ədliyyə işçiləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, şura üzvləri  iştirak ediblər.

İştirakçılar əvvəlcə Heydər Əliyev parkında  Ulu Öndərin abidəsini ziyarət edib, əziz xatirəsinə tər çiçəklər qoyublar.

Biləsuvar rayon İcra Hakimiyyətinin Başçısı Mahir Quliyev Ədliyyə orqanlarının yaranmasının 100 illiyi və ədliyyə  işçilərini peşə bayramları münasibətilə təbrik edərək onlara xidməti fəaliyyətlərində uğurlar arzulayıb.

Ölkəmizdə ədliyyə  orqanlarının  fəaliyyəti  və  rolu barədə danışan M.Quliyev qeyd edib ki, bu bayram Ümummilli lider Heydər Əliyevin  2000-ci il 11 noyabr tarixli Sərəncamı ilə təsis olunub: "Bu gün ölkəmizdə dövlət idarəçiliyinin həyata keçirilməsində, qanunçuluğun, insan hüquq və azadlıqlarının təmin olunmasında mühüm rol oynayan Azərbaycan ədliyyəsinin şanlı bir tarixi vardır. Azərbaycan Respublikasının Ədliyyə sisteminin inkişafı və təkmilləşdirilməsi daim dövlət başçımız cənab İlham Əliyevin diqqət mərkəzindədir".

 Biləsuvar rayon İcra Hakimiyyətinin Başçısı Mahir Quliyev ədliyyə işçilərinə çətin və şərəfli işlərində uğurlar arzulayıb.

Çıxış edənlər peşə bayramları münasibətilə rayonun ədliyyə işçilərinə  öz təbriklərini bildiriblər.

Biləsuvar rayon Məhkəməsinin sədri vəzifəsini icra edən Rəfayil Əliyev çıxış edərək onlara göstərilən bu yüksək diqqət və qayğıya görə öz minnətdarlığını bildirib.

R.Əliyev  çıxışında əsrə yaxın şanlı tarixi olan Azərbaycan ədliyyəsinin ötən dövrdəki inkişaf yolundan, xüsusilə ümummilli lider Heydər Əliyevin ölkəmizə rəhbərliyinin bütün dövrlərində bu sahəyə göstərdiyi diqqət və qayğıdan bəhs edbi və möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə son illər ölkəmizin davamlı tərəqqisinin, sabitliyin və təhlükəsizliyin təmin olunduğunu vurğulayıb, ədliyyə və məhkəmə sistemində aparılan uğurlu islahatlardan  həmçinin fərqlənmiş bir qrup ədliyyə işçisinin dövlət təltiflərinə layiq bilinməsi dövlətimizin ədliyyə sisteminə göstərdiyi diqqət və qayğının növbəti təzahürüdür olduğunu deyib.

Tədbirin sonunda Azərbaycan ədliyyəsinin yaranmasının 100 illiyi münasibətilə və hakim vəzifəsini nümunəvi yerinə yetirdiyinə görə Biləsuvar rayon Məhkəməsinin sədri vəzifəsini icra edən Rəfayil Əliyev Biləsuvar rayon İcra Hakimiyyəti adından Fəxri fərmanla təltif olunub.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA