22-11-2018 [16:50]
Abel Məhərrəmovun BDU-nun rektoru vəzifəsindən azad edilməsindən sonra bu təhsil müəssisəsinə yeni rəhbərin təyin olunması müzakirə olunan əsas mövzulardandır.
BDU tələbələri təyin ediləcək yeni rektordan gözləntiləri barədə Kult.az-a danışıblar.
III kurs tələbəsi Ümid Oruc: "Əvvəlcə təhsilin düzgün strukturda qurulması məsələsi müzakirəyə çıxarılsın. İkincisi, yeni rektor universitetimizin adda olub, realda əməl edilməyən bolonya sisteminin tam prinsiplərinə əməl edilməsinə nəzarət edən komissiya yaratsın. Qaib, kəsir və bu kimi şeylər olduqca BDU-nun adı rüşvət alan təhsil müəssisələri sırasında həmişə öndə olacaq. Rektorun qəbul günləri çoxalsın. 20 mindən çox tələbəsi olan bir universitetdə həftənin 2 günü (təxmini 3 saat) rektorun qəbul günü olması çox gülünc vəziyyətdir. Və ən nəhayət, elə şərait yaradılsın ki, rektorun cangüdənə, xüsusi bir maşın mühafizəyə ehtiyacı olmasın. Biz bufetə gəlib bizimlə tort kəsən, bir stəkan çay içən rektoru daha çox sevərik, nəinki bizə həftənin 2 günü üçüncü mərtəbədən kamerayla baxan bir rektoru”.
II kurs magistr Zaur Cəfərov: "Mən istəyərdim ki, müntəzəm olaraq tələbələr arasında tez-tez anonim yazılı sorğular keçirilsin. Onların müxtəlif məsələlərlə bağlı problemləri, çətinlikləri, fikirləri və təklifləri öyrənilsin. Bundan başqa, BDU-da magistr dərslərini saat 12.00-a salıblar. Bir tərəfdən yaxşı olsa da, bir tərəfdən mənfi cəhəti var. Məsələn, əksər universitetlərdə, o cümlədən, bakalavr təhsili aldığım ADU-da dərslər axşam növbəsi başlayır. Bu da işləmək imkanı üçün tələbələrə olduqca əlverişlidir. İstərdim ki, BDU-da belə sistem tətbiq olunsun”.
IV kurs tələbəsi Naibə Məmmədova: "Yaşlı müəllimlərin cavan kadrlarla əvəz olunmasını istərdim. Bir müəllim artıq əmək fəaliyyətini yerinə yetirə biləcək durumda deyilsə, qalmasına ehtiyac yoxdur. Tənəffüs müddətinin artırılmasını, bəzi universitetlər kimi, dərs saatının 08.30-da deyil, 09.00-da olmasını istərdim. Rüşvətə əncam çəkilsə, pis olmazdı. Tələbələrlə tez-tez görüş keçirilməsini, istedadlı gənclərə maddi və mənəvi kömək olunmasını, onların öz biliklərini daha da artırması üçün xarici ölkələrə göndərilməsini görmək əla olardı. Rektor-tələbə dostluğunu, onun tələbələrin yanında olduğun görmək xoş olardı”.
IV kurs tələbəsi Ayşən Rəhimova: "Rektor əlçatan olmalıdır. BDU-da tələbələr rektorun qəbuluna düşə bilmək üçün 3-4 qapı keçməlidir, amma çox vaxt elə birinci qapıdan "kəsilirlər”. Ümid edirəm ki, yeni rektorla bu hallar yaşanmaz. Bundan başqa, müəyyən fənlərdə test üsulu ilə imtahana keçid edilməlidir. Ehtiyac olarsa, praktik imtahanlar da məqsədəuyğun olar. Yoxsa bizim kimi: informatikanı semestr ərzində lövhədə kompüter ekranının şəkillərini çəkərək keçmişdik, imtahanı da yazılı vermişdik. Bu, sadəcə gülməlidir”.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi