"Üzümçülüklə məşğulam, böyük alma bağım var" - Sabiq icra başçısı yeni işindən danışdı

img

22-11-2018 [15:04]


Tovuz Rayon İcra Hakimiyyətinin sabiq başçısı Tofiq Zeynalov təqaüdə çıxıb. 

Bu barədə Mia.az-a açıqlama verən Tofiq Zeynalov hazırda istirahət etdiyini deyib:

"Qoca kişiyəm, hazırda təqaüddəyəm. Allah prezidentimizə can sağlığı versin. İşdən çıxardı, pensiyaya çıxdım. Öz torpağım var. Orada işlərim var, onu görürəm. Üzümçülüklə məşğulam, böyük alma bağım var. 

Boş vaxtlarımda xarici televiziyaları izləyirəm. Rusiya kanallarını, "Euronews"u izləyirəm. Dünyada baş verən proseslərlə maraqlanıram. Öz televiziyalarımızda nəzərdə tutduğum verilişlərə baxıram. Bizim kanallarda şoular çoxdur. Bu haqda danışmaq istəmirəm. Bilirəm ki, danışsam, Zaurun, Xoşqədəmin dilində qalacam".

Mia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA