Azərbaycanlı biznesmen Moskvada öldürüldü

img

22-11-2018 [14:35]


İş adamı Toğrul Tağıyev gecə saatlarında Moskva yaxınlığında avtomobildə yaralı halda aşkar edilib.

MİA oxu.az-a istinadən xəbər verir ki, o, xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb. 36 yaşlı biznesmenin qətli ilə bağlı cinayət işi başlanıb.

İlkin ehtimallara görə, qatil çoxmərtəbəli binanın qarşısında qurbanına silahdan bir neçə dəfə atəş açıb. Hadisə yerində 9 mm kalibrli dörd giliz və bir güllə tapılıb.

Hüquq-mühafizə orqanları hücumun səbəblərini və cinayətkarın kimliyini araşdırır.

Bəzi məlumatlarda bundan əvvəl də biznesmenə qarşı sui-qəsdin olduğu deyilir.


Digər xəbərlər
SON XƏBƏRLƏR
11:20 16.02.2026

Onlar imtahan verəcək

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA