22-11-2018 [12:14]
Prezident İlham Əliyevin 2018-ci il 19 aprel tarixli Fərmanının icrası ilə əlaqədar şəhid hərbi qulluqçuların vərəsələrinə birdəfəlik ödəmənin (11 min manat) verilməsi istiqamətində işlər davam etdirilir və artıq ödəniş prosesinə başlanılıb. Bəzi şəhid vərəsələri isə sihayıda adlarının olmaması səbəbindən etiraz aksiyaları keçirməkdə davam edirlər.
Deputatlar Hadi Rəcəbli, Qənirə Paşayeva, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev əvvəllər birdəfəlik ödəmə almadıqları iddiası ilə narazılıq edən bir qrup vərəsəni qəbul edib. Amma problem həll olunmur ki, olunmur...
Bəzi şəhid vərəsələri illər əvvəl çox cüzi miqdarda aldıqları vəsaitlə kifayətlənməyəcəklərini bildirərək, Milli Məclisin, Prezident Adminstrasiyasının qarşısında etiraz aksiyası keçirirlər.
Şəhid ailələri cəmiyyətin ən həssas təbəqəsidir və istənilən məsələ onların üstün hüquqları ilə həll edilməli olduğu halda, şəhid analarının, bacılarının, xanımlarının küçələrə çıxması xoşagələn hal deyil.
Modern.azmövzunun həssaslığını nəzərə alaraq, məsələyə müxtəlif rəylər öyrənib.
Milli Məclisin Xocalıdan seçilən deputatı Elman Məmmədovbildirib ki, ölkə başçısının bu istiqamətdə verdiyi Fərmanda hər şey nəzərə alınıb:
"Fərmanda açıq-aydın göstərilir ki, şəhid hərbi qulluqçular, hətta itkin düşmüşlərin vərəsələri də nəzərə alınır. Məsələ ilə bağlı qarşıya çıxan problemlər hökumət tərəfindən araşdırılır. Həm Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, həm Milli Məclis məsələni diqqətdə saxlayır. Milli Məclisin sədri Oqtay Əsədov həm Bahar Muradovaya, həm də parlamentin Əmək və sosial siyasət komitəsinə tapşırıq verdi. Məncə heç kimin haqqı, hüququ tapdalanmayacaq. Kimsə narahatlıq keçirməsin, qanunla fərmanda nəzərdə tutulan şəxslərin hamısı sığorta ödənişlərini alacaqlar. Ola bilər, daha əvvəl az miqdarda vəsait alanlar olsun. İstənilən halda bütün bunların hamısı araşdırılacaq və nəzərə alınacaq. Ümumiyyətlə, şəhid ailələrimiz müqəddəs toplumdur. Onları incitmək və onlara qarşı ədalətsizlik, etinasızlıq etmək rəsmi, yaxud qeyri-rəsmi hər hansı şəxsə hörmət gətirməz. Biz hamımız çalışmalıyıq ki, onların haqqı tapdalanmasın. Prezidentimizin verdiyi fərmanla o məbləğlər kimə çatmalıdırsa, tam ödəniləcəkdir. Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bununla bağl mütəmadi olaraq, mətbuat konfransı keçirir, çıxışlar edir. Bu istiqamətdə kimin nə cavabsız sualı varsa, nazirliyə ünvanlaya bilər”.
"Aprel döyüşləri”nin iştirakçısı, şəhid polkovnik-leytenant Raquf Orucovun xanımı Sevinc Alızadəonunla eyni taleni bölüşən şəhid ailələrinə dəstək çıxıb:
"Əgər bu vəsait şəhid ailələrinə verilməlidirsə, elə edək ki, onlar bu vəziyyətdə çöllərdə, kiminsə qapısında görünməsinlər. Ailələr kiminsə qapısını döyürsə, bu, şəhid ailəsinin adına ləkə deyil. Əksinə, şəhid ailəsini öz qapısına gətirən məmurun azca da olsa günahı var ki, ailə onun qapısına gedir. Siyahı var. Mən inanmıram ki, kimsə heç bir əsası olmadan bu ödənişi istəsin. Bütün bunlar kütlə önündə deyil, qarşılıqlı anlaşma ilə həyata keçirilməli idi. Hamının, bütün şəhid ailələrinin problemləri var. Problemsiz ailə yoxdur. Onlar ailələrinin başçısını, həyat yoldaşlarını, oğullarını, atalarını itiriblər. Tək yaşayıb, vətən üçün oğul böyüdən analar var. Bu gün onlara "bu sənəd çatmır, o sənəd yoxdur” deyib süründürürüksə, ailə bəlkə də o puldan imtina edəcək ki, qapılarda qalmasın. Mən çox istəyərdim ki, cəmiyyətimizdə bu ailələrin adı ən üstün ailələr cərgəsində çəkilsin. Çünki bu ailələr cəmiyyətimizin göz bəbəyidir. Bu ailələrin hesabına 1991-ci ildən bu günə qədər yol gəlirik, dövlətimizin sərhədlərini onların balaları qoruyub.
Məni televiziyalara çağırırlar, mən çıxıb nəsə deməyə utanıram. Axı bu müstəqillik onların canı, qanı bahasına qazanılıb. Şəxsən mən onlara olan münasibəti görəndə utanıram. Hər dəfə "bu sayda vərəsəyə ödəniş edildi”, səhəri gün "daha bir neçəsinə ödəniş edildi” düzgün yanaşma deyil. Bu iş elə qurulmalı idi ki, o ailələr küçələrə çıxıb aksiya keçirmək məcburiyyətində qalmasın. Hər şey bağlı qapılar arasında həll olunmalı idi, həll etmək borcumuzdur. İstənilən halda şəhid ailələrinin üstünlük hüququ var. Biz onların razılığı ilə ortaq məxrəcə gəlib məsələni həll etməli idik. Mən inanıram ki, bu belə də olacaq. Bu, həm də cəmiyyətə bir yükdür, bir sınaqdır. Onlardan nəyisə əsirgəmək, hansısa məbləğə görə onları küçələrə çıxarmağa düzgün baxmıram. Əgər bu Fərman verilibsə, onun icrası da düzgün olmalıdır. Ölkə başçısı tərəfindən verilmiş bu Fərmanı da lazımi şəkildə icra etmək lazımdır. Onsuz da o ailələr itirdiklərini itiriblər. 11 min manat sığortapulu şəhidin bircə tükünə də dəymir. Amma elə edək ki, məsələni şəhid ailələrinin üstün hüququ ilə həll edək”.
Milli Qəhrəman Vahid Quliyevin sözlərinə görə, istənilən məbləğ o ailələrin dərdini yox etmək gücündə deyil:
"Bu pul vərəsələrə verilməlidirsə, dövlət tərəfindən təşkilatlanmış şəkildə və müəyyən olunmuş vaxtda verilməlidir. Ki, bu insanlar gözləməklə, harasa getməklə əldən düşməsinlər. Şəhidlər başımızın tacıdır. Gənclərimizin vətənpərvər ruhda böyüməsi üçün bu məsələlərə həssaslıqla yanşılmalıdır. Lazımi qurumlar bunu açıqlamazdan əvvəl məsələni kompleks həll etməli idilər ki, bu cür hadisələr baş verməsin. Şəhid anası, bacısı küçəyə çıxıb aksiya keçirmək məcburiyyətində qalmasın. Hər bir oğul bu torpaq uğrunda şəhid olubsa, onun ailəsinə 11 min yox, 21 min manat da verilsə azdır. Bunu dərk etmək lazımdır”.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi