Elçin Quliyev Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ilə görüşdü - DSX-də müzakirə

img

21-11-2018 [10:44]


Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi general-polkovnik Elçin Quliyev Аzərbaycanda rəsmi səfərdə olan Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Yaşar Gülerin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. 

Mia.az DSX-ya istinadən xəbər verir ki, görüşdə Аzərbaycan DSX ilə Türkiyə Silahlı Qüvvələri arasında ikitərəfli əlaqələrin vəziyyəti yüksək qiymətləndirilib və əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparılıb. General-polkov­nik Elçin Quliyev Azərbaycan ilə Türkiyə arasında dostluq və strateji tərəf­daş­lıq münasibət­lərinin qurulmasında ümummilli lider Heydər Əli­yevin əvəzsiz xid­mət­lərini xüsusi qeyd edib, Azərbaycan Prezidenti İlham Əliyevin bu münasibətlərin inkişafına ciddi önəm verərək həyata keçirdiyi dövləti si­ya­sət sayəsində qarşı­lıqlı əlaqə­lərin ən yüksək səviyyədə olma­sını vurğulayıb.

Söhbət əsnasında Аzərbaycanın dövlət sərhədindəki mövcud əməliy­yat şəraiti, sərhəd təhlükəsizliyinə olan təhdidlər, o cümlədən Ermə­nistanın təcavüzü nəticəsində ölkə ərazisinin 20 faizinin və dövlət sərhədlərinin bir hissəsinin işğal altında qalması, bu ərazilərdən qeyri-qanuni məqsədlərlə istifadə hallarının davam etdirilməsi qeyd olunub. Bununla yanaşı qeyri-leqal miqra­siya, qaçaqmalçılıq, narkotiklərin daşınması və digər transsərhəd cinayətkarlıq fəaliyyətləri ilə mübarizədə həyata keçirilmiş təd­bir­lər, sərhəd mühafizə sisteminin gücləndirilməsi, maddi-texniki ba­za­nın təkmilləşdirilməsi üzrə görülmüş işlər və qazanılmış nai­liyyətlər barədə məlumat verilib.

Tərəflər arasında sərhəd mühafizəsinin möhkəmlən­dirilməsi, təc­rübə və məlumat mübadiləsinin aparılması, birgə təlimlərin təş­kili, qarşılıqlı əməkdaşlığın genişləndirilməsi və digər maraq do­ğuran məsələlər barəsində fikir mübadiləsi aparılıb.

Görüşdə Türkiyə Respublikasının ölkəmizdəki fövqəladə və səla­hiyyətli səfiri Erkan Özoral da iştirak edib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA