20-11-2018 [22:33]
"Dolu” filmindən tanınan və sevilən məşhur aktyor, "Drakon” obrazını canlandıran Rza Rzayevlə problem yaşadığı məktəb direktoru arasında qalmaqal yaşanıb.
Hadisə Nizami Rayon Məhkəməsinin qarşısında baş verib.
AFN-az-ın məlumatına görə, 220 saylı məktəbdə təhsil alan 3 şagirdin valideyni və aktyor arasındakı məhkəmə çəkişməsinin növbəti iclasından əvvəl məhkəmənin qarşısına gələn əvvəllər 220 saylı məktəbin direktor əvəzi olan Tural Mirzəliyev və yaxın qohumu (qaynı-red.) tərəfindən aktyora qarşı ağır ifadələr işlədilib. Bundan sonra tərəflər arasında dava düşüb.
Məlumata görə, insident Nizami rayonu 25 saylı Polis Bölməsinin qarşısında da davam edib.
Belə ki, T.Mirzəliyevin yaxını bölmənin qarşısında aktyorun qohumlarına hücum ediblər, polisə dərhal məlumat verilib və həmin şəxs saxlanılıb. Onun üzərinə baxış keçirilən zaman bir ədəd soyuq silah aşkarlanaraq götürülüb.
Binəqədi rayon Polis İdarəsi rəisinin keçmiş müavini Məlik Dadaşlının oğlu olduğu deyilən həmin şəxsin T.Mirzəliyevin qaynı tərəfindən hadisə yerinə çağırıldığı bildirilir.
Rza Rzayev baş verən hadisə ilə bağlı AFN-ə açıqlama da verib.
O deyib ki, sözügedən məhkəmə çəkişməsinin T.Mirzəliyevə heç bir dəxli yoxdur: "Proses mənim iddiam əsasında Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri üzrə 220 saylı məktəbin 3 şagirdinin valideyninə qarşı keçirilir. İclasdan əvvəl hazırda 175 saylı məktəbdə direktor işləyən T.Mirzəliyev və qaynı həmin valideynləri avtomobillə məhkəmə qarşısına gətirmişdi. Bu hal ilk dəfə deyil. Artıq bu iş üzrə 4-cü prosesdir ki, eyni hal yaşanır. İclasdan əvvəl və sonra hər dəfə ünvanıma təhqir, hədə, sataşma tipli xoşagəlməz ifadələr səslənsə də, səbrimi toplayıb, problem olmamasına çalışmışam. Bu dəfə gələndə şəklini çəkdim ki, məhkəməyə təqdim edim, həm də prosesə aidiyyatı olmadığı halda, burda nə işinin olduğunu müvafiq qurumlara araşdırma üçün verim. Bundan öncəki proseslərdə də məhkəmə qarşısında olduğunu sübut edən fotolarını çəkmişəm.
Mənə maraqlıdır, məktəb direktoru iş saatında özünə dəxli olmayan məhkəmə prosesinə niyə qarışır? Bu gün saat 3-də proses olmalı idi, həmin saat faktiki olaraq T.Mirzəliyev üçün iş saatıdır. Həmin saatda o, hansı icazə əsasında məhkəmənin qarşısında idi? Bütün bunların araşdırılmasını mediadan xahiş edirəm”.
Qeyd edək ki, bir sıra KİV-lərdə guya təkcə T.Mirzəliyevin xəsarət alması haqda məlumat yayılıb. Lakin R.Rzayev də insident zamanı ağır xəsarət alıb. Onun sağ qolu biləkdən çatlayıb, sağ gözünün ətrafında xəsarət izləri var. Aktyorun qoluna 3 saylı Şəhər Klinik Xəstəxanasında gips qoyulub.
R.Rzayev sabah tomoqrafiya olunması üçün başqa xəstəxanaya gedəcəyini bildirib.
Məlumat üçün onu da bildirək ki, T.Mirzəliyev də davada xəsarətlər alıb və o, 3 saylı Şəhər Klinik Xəstəxanasına aparılıb. Yayılan xəbərə görə, hal-hazırda o, xəstəxanada yatır.
Mia.az xəbər verir ki, Təhsil Nazirliyi isə hadisəyə gecəylə operativ reaksiya verib.
Nazirliyin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov bildirib ki, fakt nəzarətə götürülüb: "Bakı şəhəri 175 nömrəli məktəbin direktoru Tural Mirzəliyev hücuma məruz qalaraq sağlamlığına ciddi xəsarət yetirilmişdir. Hazırda xəstəxanada yerləşdirilib. Məsələ Təhsil Nazirliyi rəhbərliyinin bilavasitə diqqət mərkəzindədir. Tural müəllimə Allahdan şəfa diləyirik!".
Bakı şəhər Təhsil İdarəsindən isə deyilib ki, baş vermiş cinayət hadisəsinə hüquq-mühafizə orqanları aydınlıq gətiriləcək. Həmçinin, o da bildirilib ki, məktəb direktoru xəstəxanada ziyarət olunub: "Məsələ nazirlik tərəfindən nəzarətə götürülüb".
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi