19-11-2018 [15:34]
Vəkillər Kollegiyası (VK) bank rəhbərinin mediada səsləndirdiyi fikirlərlə bağlı bəyanat yayıb.
Bəyanatda qeyd olunub ki, bu günlərdə mətbuatda "AGBank”ın İdarə Heyətinin sədri Əfqan Cəlilov təmsil etdiyi bank tərəfindən verilmiş kreditlərin yığılmasında çətinliklərin yaranmasının vəkillərin fəaliyyəti ilə əlaqədar olduğu barədə fikirlər səsləndirib.
Bəyanatda deyilir: "Vəkillər Kollegiyasının üzvləri qanunvericiliklə müəyyən olunmuş qaydada fiziki şəxslərin, habelə banklar da daxil olmaqla hüquqi şəxslərin hüquqlarının qorunması sahəsində Konstitusiya və qanunlar əsasında fəaliyyət göstərirlər. Bu zaman onlar təmsil etdikləri şəxslərin maraqları naminə qanunvericiliyə zidd olmayan müdafiə vasitələrindən öz mülahizələri əsasında istifadə etməkdə sərbəstdirlər.
Vəkillərin fəaliyyəti zamanı qanunvericiliyin tələblərinə zidd müdafiə vasitələrindən istifadə olunması faktları aşkar edildiyi təqdirdə, şikayətçi olan şəxslər bu barədə VK-nın Rəyasət Heyətinə müraciət etmək hüququna malikdirlər.
Yuxarıda göstərilənlərə əsasən, VK konkret faktlar təqdim edilmədiyi təqdirdə bu cür bəyanat və fikirləri məqbul hesab etməməklə, insan və vətəndaşların hüquqlarının səmərəli müdafiəsi işinə zidd hesab edir.
İnsanların hüquq və azadlıqlarının müdafiəsini təmin etmək kimi konstitusion funksiya daşıyan vəkillərə münasibətdə mətbuatda səsləndirilən bu kimi fikirlər vəkillik institutunun cəmiyyətdə nüfuzuna mənfi təsir göstərir. Vəkillər Kollegiyası bu kimi məsələlər ilə bağlı gələcəkdə fikirlər səsləndirilərkən rəsmi şəxslərdən daha həssas olmalarını xahiş edir”.
Qeyd edək ki, Ə.Cəlilov bildirib ki, Azərbaycanda müştəriləri səhv istiqamətləndirən bir qrup "ağıllı” vəkillər əmələ gəlib: "Bu vəkillər öz qazancları naminə müştəriləri öyrədirlər. Onların tövsiyyələri ilə müddət uzadılır. İşin uzanması perspektivsiz olsa da belə, bu müddət ərzində vəkil müştərinin pulunu alır. Sadəcə vaxt uzadılır və uzanan vaxta görə banka zərər dəyir. Göründüyü kimi, bu məsələdə banklar dövlət vəsaitlərinin vaxtlı-vaxtında geri ödənilməsini öz vəsaitləri hesabına təmin edərək, bir növ bufer rolunu daşıyırlar ki, nəticədə dəyən zərəri öz üzərlərinə götürürlər. Lakin, bu cür vəkillərin fəaliyyəti nəticəsində isə, ayrı-ayrı sahibkarlar dövlət vəsaitlərinin banklara geri qaytarılmasının uzanmasına və bəzi hallarda bu vəsaitlərin ümumiyyətlə mənimsənməsinə nail olmağa çalışırlar”.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi