BDU-da yoxlama başlayıb?

img

19-11-2018 [09:57]


Abel Məhərrəmovun işdən çıxarılmasından sonra Bakı Dövlət Universitetində yoxlamalar başlayıb.

Mia.az Yenicag.az-a istinadən xəbər verir ki, ötən gündən etibarən ali təhsil ocağına giriş-çıxış bağlanılıb, hər tərəf möhürlənib.

Yoxlamaları bir neçə qurumun ortaq apardığı bildirilir.

Yoxlamaya gələn şəxslər işdən çıxarılan rektor Abel Məhərrəmovun 19 illik fəaliyyətini təftiş edirlər. Giriş-çıxışa məhdudiyyət qoyulmasının səbəbi isə binadan hər hansı bir sənədin çıxarılma ehtimalının qarşısını almaqdan ibarətdir.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA