Məleykə Abbaszadə: "Gələn il Dövlət İmtahan Mərkəzi üçün gərgin keçəcək"

img

17-11-2018 [10:40]


"Gələn il keçiriləcək qəbul imtahanlarda ciddi dəyişikliklər olacaq, buna görə də 2019-cu ilDövlət İmtahan Mərkəzi üçün gərgin keçəcək".

Bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə "Dövlət İmtahan Mərkəzinin fəaliyyəti: imtahanlara dövlət nəzarəti və ictimai nəzarətin vəhdəti " mövzusunda keçirilən konfransda çıxışında deyib.

O qeyd edib ki,2018-ci ilin 10 ay ərzində 641 min 517 iştirakçı imtahanda olub: "18 603 nəfər qabiliyyət imtahanlarında iştirak edib. 48 309 nəfər ictimaiyyətin nümayəndəsi imtahan prosesini idarə etmək üçün DİM tərəfindən dəvət olunub. 2367 nəfər ekspert, marker qismində imtahanın məzmunu ilə bağlı işləri həyata keçirməyə cəlb olunub. Bu əməkdaşlar və mütəxəssislər hüquq-mühafizə, icra hakimiyyəti və digər dövlət orqanlarını, elm və təhsil müəssisələrini təmsil edir. OnlarDİM-in əməkdaşları ilə birgə imtahanların həyata keçirilməsinə töhfələrini verirlər”.

"Report" 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA