Prezident yeni Təşkilat Komitəsi yaratdı, Baş nazirin müavini və nazirlərə yeni vəzifə verdi - SİYAHI

img

15-11-2018 [17:21]


Bu gün Prezident İlham Əliyev daha bir sərəncam imzalayıb.

Mia.az xəbər verir ki, sərəncama əsasən, Narkotiklərlə Mübarizə üzrə 36-cı Beynəlxalq Konfransın 2019-cu il 16–18 aprel tarixlərində Bakı şəhərində keçirilməsini təmin etmək məqsədi ilə aşağıdakı tərkibdə Təşkilat Komitəsi yaradılıb: 

Təşkilat Komitəsinin sədri
Əli Həsənov-     Azərbaycan Respublikası Baş nazirinin müavini
Təşkilat Komitəsi sədrinin müavini
Ramil Usubov-     Azərbaycan Respublikasının daxili işlər naziri
Təşkilat Komitəsinin üzvləri
Elmar Məmmədyarov-     Azərbaycan Respublikasının xarici işlər naziri
Samir Şərifov                 -     Azərbaycan Respublikasının maliyyə naziri
Oqtay Şirəliyev-     Azərbaycan Respublikasının səhiyyə naziri
Fikrət Məmmədov-     Azərbaycan Respublikasının ədliyyə naziri
Ceyhun Bayramov-     Azərbaycan Respublikasının təhsil naziri
Azad Rəhimov-     Azərbaycan Respublikasının gənclər və idman naziri
Əbülfəs Qarayev-     Azərbaycan Respublikasının mədəniyyət naziri
Zakir Qaralov-     Azərbaycan Respublikasının Baş prokuroru
Səfər Mehdiyev-     Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri
Mədət Quliyev-     Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi
Elçin Quliyev-     Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi
Nuşirəvan Məhərrəmov-     Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasının sədri
Azay Quliyev

-  Azərbaycan Respublikasının Prezidenti yanında

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, Azərbaycan Respublikası Milli Məclisinin deputatı

Fidumə Hüseynova- Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavini
Rauf Zeyni-  Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun prezidenti.

           

2. Bu Sərəncamın 1-ci hissəsi ilə yaradılan Təşkilat Komitəsi 2019-cu il 16–18 aprel tarixlərində Narkotiklərlə Mübarizə üzrə 36-cı Beynəlxalq Konfransın Bakı şəhərində keçirilməsinə dair tədbirlər planı hazırlayıb həyata keçirsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA