Sabahdan Azərbaycanda məktəblər bağlanır

img

15-11-2018 [10:33]


Sabahdan orta məktəblərdə 2018-2019-cu tədris ilinin payız tətili başlayacaq.

Təhsil Naziliyindən Mia.az-a verilən məlumata görə, payız tətili 5 gün - 16-20 noyabr tarixlərini əhatə edəcək.

Dərs ilinin növbəti tətlili qışa təsadüf edəcək. Belə ki, 5 günlük qış tətili 27-31 yanvar tarixlərində olacaq. Bu dərs ilində ibtidai siniflər üçün 5 gün əlavə tətil (1-5 may) də nəzərdə tutulub.

Xatırladaq ki, ümumtəhsil məktəblərində dərslər sentyabrın 15-də başlayıb iyunun 14-də başa çatır. Dərs ilinin birinci yarımili 15 sentyabr - 26 yanvar, ikinci yarımili 1 fevral - 14 iyunu əhatə edir.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA