15-11-2018 [00:28]
Qoç - münaqişəli situasiyaları çözməyə çalışın. Həddən artıq yorulacağınız işə başlamayın. Şübhəli işlərə qatılmayın. Niyyətiniz dürüstdürsə, yaxın ətrafınızdakı insanlar bunu dəyərləndirəcəklər.
Qohumlarla münasibətləri korlamayın.
Günün ikinci yarısında danışıqlar və müzakirələrdə diqqətli olun. İnsanların gur olduqları yerlərə can atmayın.
Aktivliyi unutmayın, fəal davranın. Səhhətinizin qeydinə qalın. Yeni pəhrizə başlamaq olar.
Buğa - bütün işləri bu gün bitirməyə can atmayın. Sizdən asılı olmayan şərtlər var. Planlarda köklü dəyişiklik istisna deyil. Mənfi emosiyalarınızı büruzə verməyin.
Günün ikinci yarısında yaxınlarınızdan biri sizə qarşı əsassız iddialarla çıxış edəcəklər. Araşdırma və müzakirələrdə fəallıq etməyin. Bir qədər düşünün. Belədə yaranmaqda olan münaqişəni çözə bilərsiniz. Axşam saatlarında görüşü, alış-verişi təxirə salın. Vaxtınızı ailənizlə keçirin.
Əkizlər - ünsiyyətinizi minimuma endirməyə çalışın. Yeni layihələrə başlamayın, mühüm saziş və ya sənədi imzalamayın. Peşəkar fəaliyyət müstəivisindəki tərəfdaşlarla yanaşı, ailə üzvlərinin də sizə münasibətlərində anlaşılmazlıqlar ola bilər.
Yaxın ətrafınızdakı insanları kəskin tənqid etməyin.
Günün ikinci yarısında mümkün münaqişənin qarşısını alın, sülhyaratma missiyasını reallaşdırın. Təxribatlara uymayın. Ən ağır situasiyalarda da sakit və təmkinli olun.
Axşam saatlarında enerji səviyyəniz aşağı düşəcək. Evdə, sakit şəraitdə istirahət edin. Səhhətinizə fikir verin.
Xərçəng - bütün fəaliyyət sahələrində riski istisna edin. Yeni işə başlamayın, uzaq səfərə yollanmayın. Yaxınlarınızdan birinin maddi və ya mənəvi dəstəyinə bel bağlaya bilərsiniz.
İnandığınız insanların məsləhətlərinə qulaq asın. Bu minvalla çətin vəziyyətdən çıxa bilərsiniz.
Günün ikinci yarısında maliyyə məsələlərinin həllini ertələyin. Borc pul almayın. Orqanizminizin durumuna fikir verin. Yaxşı istirahətə ehtiyacınız var.
Şir - asılı olduğunuz və ya yaşamınıza hər hansı formada təsir imkanlarına malik insanla görüşü ertələyin. Münaqişəli situasiyanın iştirakçısı olmayın. Bütün problemləri ani cəhdlə həll etməyə can atmayın. Müşküllərin çözümünü ideal səviyyəyə çatdırmağa çalışmayın.
Günün ikinci yarısında yaxın ətrafınızdakı insanlar səylərinizi yetərincə dəyərləndirməyəcəklər. Yaxınlar və dostlarla münasibətləri gərginləşdirməyin. Sevdiyiniz insanla axşam saatlarında görüşmək olar.
Qız - şəxsi münasibətlər ön plana çıxacaq. Münasibətlər sınanacaq. Dəyər verdiyiniz insanla bağlı yeni, ürək açmayan həqiqəti öyrənəcəksiniz. Ünvanınıza çox ədalətsiz iradlar səslənəcək.
Günün ikinci yarısında iri miqyaslı maliyyə əməliyyatları keçirməyə dəyməz. Risk etməyin. İşinizi sürəkli kontrolda saxlayın.
Səhvlər və itkilərdən xali deyilsiniz.
Axşam saatlarında əyləncə məkanına istirahətə yollanmayın.
Tərəzi - yardıcılıq potensialınızın səviyyəsi yüksəkdir. Pis gün deyil. Maliyyə çətinlikləri istisna olmasa da, problemləri həll etmək üçün borc almayın, kredit götürməyin. Riskli situasiyalardan da uzaq durun.
Günün ikinci yarısı yaxın dostlarla görüş üçün əlverişlidir. Amma səs-küylü məclisə qatılmayın. Sevdiyiniz insan sizə xoş sürprizlər edəcək.
Axşam saatlarında istədiyiniz kimi istirahət edə bilərsiniz.
Əqrəb - yaxın ətrafınızdakı insanların sizdən sui-istifadə etməyə çalışdıqlarını hiss edəcəksiniz. Onların hərəkət və davranışlarında məntiq yoxdur. Var qüvvənizdən yararlanaraq məqsədə çatmağa çalışmayın.
Yel dəyirmanları ilə savaşmayın.
Sevdiyiniz insanla münasibətləri günün ikinci yarısında harmonik saxlamağa çalışın. İtkilər və cərimələr istisna deyil.
Axşam saatlarına yaxın ailə üzvlərinə daha çox vaxt ayırın. Səs-küy və vurnuxmadan uzaqda, ailə üzvləri ilə birlikdə dincəlin.
Oxatan - gün ərzində gərgin, mürəkkəb situasiya olacaq. Aktivliyi bir qədər azaldın, cari işlər barədə düşünün. Mövcud situasiyaya bir qədər kənardan baxmağı bacarın. Problemin orijinal həll yolunu tapa bilərsiniz.
Çoxdan bəri aradığınız məlumat və ya xəbəri günün ikinci yarısında ala bilərsiniz. Yaxınlarınızla təmaslarda rəvanlığı pozmayın. Köhnə umu-küsünü yenidən gündəmə gətirməyin. Bütün istəklərinizin reallaşmasını istəməyin.
Axşam saatlarında qohum və ya dostlardan biri qonaq gələ bilər.
Oğlaq - ailə münasibətlərindəki gərginlik günün ilk yarısında pik həddə çata bilər. İnciklik, tənqid və iradları eşitməyə hazır olun. Deyilənlərə verəcəyiniz reaksiya mübahisənin sonucunu həll edəcək. Sakit olub təmkinlə davransanız, münasibətlərdəki harmoniyanı bərpa etmək mümkündür.
Günün ikinci yarısında əhvalınızda kəskin dəyişikliklər olacaq. Aqressiyaya yol verməyin. Haqlı olduğunuzu sərt şəkildə sübut etməyin. Sözlərinizi yumşaldın, hikkə ilə danışmayın.
Axşam saatlarında başağrısı peyda ola bilər.
Dolça - səbrli və təmkinli olsanız, problemlərin uğurlu həllinə bel bağlaya bilərsiniz. Maliyyə məsələlərinin həllinə çox vaxt ayırmayın. Riskli, şübhəli əməliyyatlara başlasanız başlasanız, uduzacaqsınız.
Günün ikinci yarısında yaxınlarınızla münasibətlərdəki anlaşılmazlıq problemlər yaradacaq. Hansısa hadisələri sirr saxlayın. Fəqət, sevdiyiniz insandan nəyisə gizlətməyə çalışmayın. Çünki bu olay sonradan aşkarlanarsa, sərinləşmə yarana bilər.
Qısqanc davranmayın.
Balıqlar - yaradıcılıq fəaliyyəti ilə məşğulsunuzsa, enerji artımını hiss edəcəksiniz. Uğurlu situasiyadan yararlanaraq bilik və bacarıqlarınızı nümayiş etdirin. Yeni süjet, orijinal ideya tapa bilərsiniz. Tapıntılarınızı unutmayın, amma hər addımbaşı da onlardan bəhs etməyin.
Günün ikinci yarısında çətin problemi sürətlə həll edəcəksiniz. Tələsməyin, irəliyə doğru aramla irəliləyin. Hərəkətlərinizi planlaşdırın.
Axşam saatları istirahət zamanıdır.
Milli.az
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi