13-11-2018 [22:52]
Bakı Biznes Mərkəzində İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Azərbaycan-Slovakiya biznes forumu keçirilib.
Mia.az İqtisadiyyat Nazirliyinə istinadən bildirir ki, tədbirdə Azərbaycan və Slovakiya rəsmiləri ilə yanaşı, sənaye, energetika, İKT, maşınqayırma, kimya, qida, səhiyyə və s. sahələrdə fəaliyyət göstərən 200-ə yaxın şirkətin nümayəndəsi iştirak edib.
Tədbirdə çıxış edən İqtisadiyyat naziri Şahin Mustafayev biznes forumun işgüzar dairələr arasında birbaşa danışıqlar aparmaq və əməkdaşlığın perspektivli sahələrini müəyyənləşdirmək, konkret layihələrlə bağlı müzakirələr aparmaq üçün əlverişli platforma olduğunu vurğulayıb. Qeyd olunub ki, Azərbaycan Avropa İttifaqı ölkələri, o cümlədən Slovakiya ilə əlaqələrin inkişafına böyük əhəmiyyət verir:
"Bu gün Azərbaycan və Avropa İttifaqı arasında geniş əməkdaşlıq mövcuddur. Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində rolu, çoxsaylı biznes forumlar, işgüzar görüşlər, həyata keçirilən birgə layihələr uğurlu iqtisadi əməkdaşlığın nümunələridir.
Avropa İttifaqı Azərbaycanın əsas xarici ticarət tərəfdaşıdır. 2017-ci ildə Avropa İttifaqı ölkələrinin Azərbaycanın ticarət dövriyyəsində payı 42% (9,4 mlrd. dollar) təşkil edib və 2018-ci ilin 9 ayında 26% artaraq 9 mlrd. dollardan çox olub. Azərbaycan və Slovakiya arasında ticarət dövriyyəsi bu ilin 9 ayında ötən ilin müvafiq dövrü ilə müqayisədə 33% artıb. Hazırda Azərbaycanda xidmət, ticarət, tikinti, nəqliyyat və s. sahələrdə 11 Slovakiya sərmayəli şirkət fəaliyyət göstərir. Bununla belə, ölkələrimiz arasında qarşılıqlı icarət, iqtisadi və investisiya əməkdaşlığını daha da inkişaf etdirmək imkanlar vardır".
İqtisadiyyat naziri Azərbaycan və Slovakiya arasında sənaye, energetika, kənd təsərrüfatı, turizm, İKT, nəqliyyat və s. sahələrdə əməkdaşlıq üçün potensialı qeyd edib, hər iki ölkənin işgüzar dairələrini əlverişli biznes mühitdən yararlanmağa, Azərbaycan və Slovakiya arasında ticarət və iqtisadi əlaqələrin inkişafına töhfə verəcək birgə layihələr həyata keçirməyə dəvət edib.
Nazir Azərbaycan iqtisadiyyatı, həyata keçirilən islahatlar və beynəlxalq maliyyə institutlarının hesabatlarında ölkəmizin mövqeyinin yaxşılaşması barədə də məlumat verib. Qeyd olunub ki, Azərbaycan Cənubi Qafqazın siyasi və iqtisadi mərkəzidir: "Cənubi Qafqazda ÜDM istehsalının 60%-dən çoxu Azərbaycanın payına düşür. Geniş tranzit potensialı, reallaşdırılan regional layihələr, əlverişli biznes və investisiya mühiti və s. Azərbaycanı xarici investisiyalar üçün cəlbedici edir. Azərbaycanın uğurları beynəlxalq maliyyə institutları tərəfindən də yüksək qiymətləndirilir. Belə ki, Dünya Bankının "Doing Business 2019” hesabatında Azərbaycan öz mövqeyini 32 pillə yaxşılaşdıraraq 190 ölkə arasında 25-ci yerdə qərarlaşıb, dünyanın islahatçı 10 ölkəsi siyahısına daxil edilib və ən çox islahat aparan ölkə elan olunub".
Slovakiyanın Baş naziri Peter Pellegrini Azərbaycana səfərindən məmnunluğunu bildirib, biznes forumda çoxlu sayda iş adamının iştirak etməsinin əlaqələrin inkişafına verilən önəmin göstəricii olduğunu vurğulayıb. Bildirilib ki, Azərbaycan qısa müddət ərzində böyük inkişaf yolu keçib, regionun önəmli ölkələrindəndir. Peter Pellegrini Slovakiya iş adamlarının energetika, bərpa olunan enerji, maşınqayırma, kimya, İKT və s. sahələrdə əməkdaşlıqda maraqlı olduğunu qeyd edib, biznes forumun əməkdaşlığın genişləndirilməsinə, yeni əlaqələrin qurulmasına töhfə verəcəyini vurğulayıb. Baş nazir yaxın zamanlarda Slovakiyanın Azərbaycanda səfirliyinin açılmasının, eləcə də ölkələrimiz arasında birgə Hökumətlərarası Komissiyanın yaradılmasının nəzərdə tutulduğunu qeyd edib.
Sonra AZPROMO-nun rəhbəri vəzifəsini icra edən Yusif Abdullayev, Slovakiyanın İnvestisiya və Ticarətin Təşviqi Agentliyinin (SARİO) rəhbəri Tibor Buçek və SARİO-nun nümayəndəsi Tomaş Şandor müvafiq olaraq Azərbaycanın və Slovakiyanın biznes və investisiya mühiti barədə təqdimatlarla çıxış ediblər.
Biznes forumda Slovakiya şirkətləri barədə məlumat verilib, iş adamları arasında ikitərəfli görüşlər keçirilib.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi