13-11-2018 [18:46]
Baş nazir Novruz Məmmədov noyabrın 13-də ölkəmizdə rəsmi səfərdə olan Slovakiya Respublikasının Baş naziri Peter Pelleqrini ilə görüşüb.
Mia.az Nazirlər Kabinetinə istinadən xəbər verir ki, əvvəlcə Azərbaycanın və Slovakiyanın Baş nazirlərinin təkbətək görüşü olub.
Görüşdə iki ölkə arasında əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib.
Sonra Baş nazir Novruz Məmmədovun və Baş nazir Peter Pelleqrininin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü keçirilib.
Azərbaycan ilə dost Slovakiya arasında yaxşı əlaqələrin olduğunu bildirən Novruz Məmmədov qeyd edib ki, Baş nazir Peter Pelleqrininin ölkəmizə səfəri ikitərəfli əməkdaşlığın daha da genişləndirilməsi baxımından xüsusi əhəmiyyətə malikdir. Azərbaycanın Baş naziri ölkələrimizin xalqları arasında yaxınlaşmanın önəmini də vurğulayıb.
"Hesab edirəm ki, Azərbaycan ilə Slovakiya arasında beynəlxalq təşkilatlar çərçivəsində və ikitərəfli müstəvidə əlaqələrin daha da inkişaf etdirilməsi üçün yaxşı perspektivlər mövcuddur”, - deyə Novruz Məmmədov bildirib.
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə danışan Baş nazir Novruz Məmmədov problemin həllində Azərbaycanın prinsipial və ədalətli mövqeyi barədə həmkarına ətraflı məlumat verib. Bildirib ki, münaqişə beynəlxalq hüququn norma və prinsipləri əsasında, ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır.
Baş nazir son illər ölkəmizdə yüksək səviyyəli beynəlxalq tədbirlərin keçirildiyini, bunun üçün mükəmməl infrastrukturun yaradıldığını bildirərək Bakı şəhərinin "Ekspo 2025” Ümumdünya Sərgisinə ev sahibliyi üçün namizədliyinin irəli sürüldüyünü diqqətə çatdırıb və bu məsələdə Slovakiyanın Azərbaycana dəstək verəcəyinə ümidvar olduğunu vurğulayıb.
Slovakiya ilə Azərbaycan arasında dostluq münasibətlərinin olduğunu qeyd edən Baş nazir Peter Pelleqrini ölkəsinin bu əlaqələrin daha da inkişafında maraqlı olduğunu bildirib. Slovakiyanın Baş naziri əməkdaşlığın dayanıqlı inkişafının təmini məqsədilə iki ölkə arasındakı münasibətlərin hüquqi bazasının möhkəmləndirilməsinin vacibliyini qeyd edib.
Söhbət zamanı Bakıda keçirilən Azərbaycan-Slovakiya biznes forumunun əlaqələrin genişləndirilməsi baxımından əhəmiyyəti diqqətə çatdırılıb, həmçinin iki ölkə arasında sənaye, energetika, kənd təsərrüfatı, turizm, İKT və nəqliyyat sahələrində əməkdaşlıq üçün yaxşı imkanların olduğu bildirilib.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə olunub.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi