Gəncədə sərnişin avtobusu qəzaya düşüb - Xəsarət alanlar var

img

13-11-2018 [16:10]


 Gəncə şəhərində sərnişin avtobusu qəzaya düşüb.

Hadisə şəhərin Mikayıl Müşfiq küçəsində qeydə alınıb. 

Belə ki, hərəkətdə olan 17 nömrəli marşurut xətti üzrə işləyən "İsuzu" markalı avtobus minik avtomobili ilə toqquşub. Nəticədə bir neçə nəfər xəsarət alıb. Onlardan bir nəfərinin xəsarəti ciddi olduğundan xəstəxanaya yerləşdirilib. Hazırda onun kimliyi dəqiqləşdirilir.

Hadisənin baş vermə səbəbləri isə aparılan araşdırmalardan sonra məlum olacaq/Report.

Digər xəbərlər
SON XƏBƏRLƏR
11:20 16.02.2026

Onlar imtahan verəcək

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA