Ordumuzda komanda-qərargah hərb oyunları başladı

img

13-11-2018 [14:09]


Əlahiddə Ümumqoşun Orduda komanda-qərargah hərb oyunları başlayıb.

Əlahiddə Ümumqoşun Ordunun Mətbuat xidmətindən Mia.az-a verilən məlumata görə, komanda-qərargah hərb oyunlarının ssenarisinə uyğun olaraq tam döyüşə hazırolma vəziyyətinə gətirilməsi üçün Naxçıvan Qarnizonu qoşunlarının idarəetmə məntəqələri və praktiki fəaliyyətə cəlb edilən bölmələri "Həyəcan” siqnalı ilə qaldırılaraq təlim rayonuna çıxarılıb.
Təyin edilmiş ərazilərdə birləşmə və hissələrin səfərbərliklə komplektləşdirilməsi üçün şəxsi heyət və texnikaların qəbulu məntəqələri açılaraq xüsusi ixtisaslar üzrə çağırılmış heyətin praktiki qəbulu həyata keçirilib.
Birləşmə və hissələrin idarəetməsini həyata keçirmək üçün ərazidə idarəetmə məntəqələri açılıb.
Noyabrın 16-dək davam edəcək komanda-qərargah hərb oyunlarında qarşıya qoyulmuş əsas məqsəd idarəetmə orqanlarının qarşılıqlı əlaqə səviyyəsinin təkmilləşdirilməsi, qərargah və xidmətlərin vahid idarəetmə orqanı kimi uzlaşmasına nail olunmasıdır.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA