09-11-2018 [11:00]
Ləğv edilmiş Mili Təhlükəsizlik Nazirliyinin həbsə alınmış generallarının, vəzifəlilərinin bir çoxlarının məhkəmələri artıq yekunlaşıb. İttihamların əksəri təsdiqini tapıb və məhkəmə hökmləri ilə "mahmudovçu”ların üzərinə illərlə dövlətə və iş adamlarına vurduqları ziyanı ödəmək öhdəliyi qoyulub. Bir çox hallarda ödəmələr təmin olunub.
Mia.az "Yeni Müsavat”a istinadən xəbər verir ki, belə iddialar var ki, işdən qovulan, bu və ya digər səbəbdən vəzifədən alınan digər məmurların yağmaladığı, ələ keçirdiyi əmlaklar, var-dövlətlə bağlı da istintaq orqanları hərəkətə keçəcəklər.
Hesab sorulmalı olan, dövlətin 100 milyonlarını mənimsəyən xeyli sayda sabiq məmur var.
Məsələn, sabiq nəqliyyat naziri Ziya Məmmədovun Azərbaycanda yolların inşası zamanı mənimsədiyi milyonlar haqda çox danışılıb. Hələ 2012-ci ildə Ziya Məmmədovun qaynı, 74 saylı Yol İstismar Müəssisəsinin direktoru Hilal Bilal oğlu Bilalov 6 milyon manat məbləğində dövlət vəsaitini mənimsəməkdə ittiham olunurdu.
Bu, Ziya Məmmədovun özünün deyil, 1 qohumunun balaca bir idarəyə rəhbərlik edərək qamarladığı məbləğ idi. O dövrdə bu barədə "Yeni Musavat” qəzetinə müəssisənin sabiq baş mühasibi Məmmədrəsul Ağayev məlumat vermişdi.

Habelə, Maliyyə Bazarlarına Nəzarət Palatasının keçmiş rəhbəri Rüfət Aslanlının irimiqyaslı korrupsiya əməllərinə və oğurladığı pullar hesabına dəbdəbəli həyat tərzi keçirməsi az əvvəl Azərbaycan mətbuatının manşet yazıları olmuşdu.Sənədlərə əsaslanan yazılardan belə aydın olurdu ki, Rüfət Aslanlının sürətlə varlanaraq multimilyonçuya çevrilməsinin səbəblərindən biri 2016-cı ildən Maliyyə Bazarlarına Nəzarət Palatasının birbaşa idarəçiliyinə keçən "Bank Standard”ın xilas edilməsi adı altında dövlət vəsaitlərinin talanmasından keçib.
"Bank Standard”ı sağlamlaşdırmaq adı altında Rüfət Aslanlının 40 milyon dollar mənimsəməsi haqda xəbərlər dolaşmaqdadır.
R.Aslanlının özünün deyir ki, əmanətçilərin vəsaitlərinin qaytarılması üçün birinci tranşda 15 milyon manat tamamilə əmanətçilərin tələblərinin yerinə yetirilməsinə xərclənib. Əmanətçilər isə 15 milyon manatdan bir qəpik də almadıqlarını deyirlər.

İkinci tranşda isə "Bank Standard” Mərkəzi Bankdan qalan 100 milyon manatı alıb. R.Aslanlı bu dəfə iddia edib ki, həmin vəsaitin 60 milyon manatı fiziki şəxslərin əmanətlərinin qaytarılmasına yönəldilib. Lakin əmanətçilər bu dəfə də heç nə almayıblar...
Nazir postunu itirib vəzifədə olduğu vaxt varlananlar sırasında 5 il - 2013-cü ildən 2018-ci ilin əvvəlinə qədər əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsində işləyən Səlim Müslümov da var.
Səlim Müslümov yola salındıqdan sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzdində fəaliyyət göstərən Dövlət Sosial Müdafiə Fondundan böyük həcmdə vəsait yoxa çıxdığı aydın olmuşdu.
Bildirilir ki, uzun illər boyu qurulmuş mexanizm əsasında 2-2,5 milyard manat yoxa çıxıb.

Səlim Müslümovun əlillər üçün tikilən mənzilləri başqa şəxslərə və saxta əlillərə satması ilə bağlı da ilginc məlumatlar bu gün də araşdırılmamış qalıb.
DSMF sistemində mənimsəmə, maliyyə qanunsuzluqları faktları Hesablama Palatası və hüquq-mühafizə orqanları tərəfindən zaman-zaman üzə çıxarılıb. Hesablama Palatasının açıqladığı məlumatlardan aydın olur ki, Fondun müxtəlif şöbələrində məcburi dövlət sosial sığorta haqları üzrə proqnozların tam icra edilməməsi, sahibkarlıqla məşğul olan fiziki şəxslər üzrə məcburi dövlət sosial sığorta haqlarının, maliyyə sanksiyalarının hesablanılmasının düzgün həyata keçirilməməsi, əsas fəaliyyət növünün düzgün uçota alınmaması, fiziki şəxslərlə hesablaşmaların düzgün aparılmaması səbəbindən məcburi dövlət sosial sığorta haqlarının az hesablanması faktları qeydə alınıb. Bundan əlavə, aşkarlanan faktlar arasında sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə sosial sığorta nömrələrinin verilməməsi və ya verilmiş sosial sığorta nömrələrinin fərdi uçot bazasına işlənilməməsi səbəbindən yığım hesabına toplanmış vəsaitin müvafiq hesabatlara daxil edilməməsi, şöbələr tərəfindən əmək pensiyalarının təyin edilməsi üçün sənədlərin qəbulu, baxılması və pensiya məbləğinin hesablanılması prosesində qanunvericiliyin tələblərinə tam əməl olunmaması, işləməyən əlil kimi əmək pensiyasını tam məbləğdə alan, lakin faktiki sahibkarlıq və əmək fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə və fiziki şəxslərin işçlərinə artıq pensiya ödənilməsi kimi hallar var.
Ötən illərdə həmçinin Fondun Goranboy və Laçın şöbələrindəki irihəcmli korrupsiya və mənimsəmə faktları üzrə cinayət işi başlanıb. S.Müslümovun sədr olduğu dövrdə aparılan araşdırmalar göstərib ki, DSMF Goranboy rayon şöbəsində ilyarımdan az müddətdə mövcud olmayan şəxslərə dair ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsinə əsas verən sənədləri saxtalaşdırılmaqla 310 min 663 manat məbləğində vəsait mənimsənilib. Təxminən eyni faktlar Laçın rayon şöbəsində də aşkarlanmışdı. Baş verən bu rüşvət pramidasının başında dayanan Səlim Müslümov nazir olduğu dövrdə milyardlarla sərvətə sahib olub. Ayrı-ayrı ərazilərdə çoxlu sayda dəyəri milyonlarla ölçülən bahalı villalar tiktirib. İddialara görə, o, xarici dövlətlərdə də bahalı mülklərə sahibdir və bank hesabları var.

Bundan başqa, sabiq kənd təsərrüfatı naziri Heydər Əsədovun da milyonlarla manat dövlət vəsaitin "xortumlaması” haqda çoxsaylı iddialar, faktlar və məlumatlar mətbuatda kifayət qədər əksini tapıb...
Hər bir halda pullar dövlət büdcəsindən gedib. Bu dəqiqdir. Bəs pullar haradadır? Kimin cibindədir?
Bu suallara keçmiş məmurlar cavab verməldirlər. İstintaqa çağırılıb vəzifəyə təyin olunana qədər olan əmlaklarının, maşınlarının siyahısı ilə vəzifədən çıxarılan zaman olan eyni məzmunlu siyahını qarşılarına qoymaq bu şəxsləri məsuliyyətə cəlb edilməsinə kifayət edə bilər.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi