Deputatdan etiraz: "Yeni doğulan uşağın xərci ona ayrılan müavinətdən 10 dəfə çoxdur..."

img

08-11-2018 [13:28]


Bu gün Azərbaycanda doğum əvvəlki illərlə müqayisədə aşağı düşüb. Bunun qarşısının alınması üçün yeni doğulan uşaqlara ayrılan müavinətin həcmi artırıla bilər.

Trend-in məlumatına görə, bunu deputat Elmira Axundova Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında deyib.

O qeyd edib ki, bu gün yeni doğulan uşağın xərci ona ayrılan müavinətdən 10 dəfə çoxdur: "Bu baxımdan, heç olmasa ailədə ikinci uşaq dünyaya gələndə onun üçün birdəfəlik müavinətin məbləği birinci uşaqla müqayisədə 100-200 manat artıq olmalıdır”.

E.Axundova qeyd edib ki, bu gün ən çox rast gəlinən problemlərdən biri ünvanlı sosial yardımla bağlıdır: "Ünvanlı sosial yardımın özünəməşğulluqla əvəz olunması daha təqdirəlayiq olar".

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA