160 saylı marşrut Ziya Məmmədovun qohumunun əlindən alındı - Qatarla toqquşandan sonra (FOTO)

img

08-11-2018 [12:12]


Paytaxtda 160 nömrəli marşrut xətti üzrə yeni avtobuslar xidmət göstərəcək.

Bakı Nəqliyyat Agentliyindən Mia.az-a verilən məlumata görə, 160 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişindaşıma fəaliyyətini həyata keçirən "Ayşən LTD” MMC ilə bağlanan müqaviləyə xitam verilib. Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədrinin müvafiq sərəncamına əsasən, xətt üzrə sərnişindaşıma xidmətinin göstərilməsi "Çinar-Trans” MMC-yə həvalə edilib.

Qeyd edək ki, oktyabrın 1-də Bakının Binə qəsəbəsində 160 nömrəli marşrut avtobusu yük qatarı ilə toqquşub. Avtobus hərəkətdə olan yük qatarının yoluna çıxıb. Bu zaman yük qatarı avtobusu vurub. Qəza nəticəsində 1 azyaşlı və 1 kişi ölüb, 40 nəfər xəsarət alıb.

Xatırladaq ki, "Ayşən LTD” MMC-yə gəldikdə, son illərədək 7 marşut xəttinə sahib olan şirkətin direktoru İradə Əliyeva keçmiş nəqliyyat naziri Ziya Məmmədovun qohumudur.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA