Gəncənin yeni başçısından mühüm dəyişiklik - Təyinatlar

img

07-11-2018 [16:52]


Gəncə Şəhər İcra Hakimiyyətinin Memarlıq və tikinti şöbəsinə müdir (şəhərin baş memarı) təyinatı olub.

Mia.az report-a istinadən xəbər verir ki, şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun imzaladığı əmrə əsasən, bu vəzifəyə Elxan Məmmədov təyin edilib.

Şəhərin əvvəlki baş memarı Əli Rüstəmli olub.

N.Bayramovun digər əmri ilə icra hakimiyyətinin Vətəndaşların qəbulu və müraciətləri ilə iş sektorunun müdiri vəzifəsinə Səbinə Axundova, Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanlarıi lə iş şöbəsinin müdiri vəzifəsinə isə Ramil Orucov təyin edilib.

Xatırladaq ki, avqustun 28-də Prezident İlham Əliyevin sərəncamı ilə Elmar Vəliyev Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Digər sərəncamla Niyazi Bayramov şəhər icra hakimiyyətinin başçısı təyin olunub.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA