İcra başçı sələfinin kadrını vəzifəsindən uzaqlaşdırdı

img

07-11-2018 [11:12]


Beyləqan rayon İcra hakimiyyətinin yeni başçısı Asif Ağayev sələfi Vaqif Abdullayevin yaxın kadrını vəzifəsindən azad edib.

Mia.az unikal.org-a istinadən xəbər verir ki, Asif Ağayevin müvafiq əmri ilə, başçının köməkçisi vəzifəsində çalışan Məmmədov Tofiq Canbaxış oğlu vəzifəsindən kənarlaşdırılıb. Beyləqan rayon İcra hakimiyyətinin yeni başçısının digər əmri ilə, Tofiq Məmmədov İcra hakimiyyətinin Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi vəzifəsinə təyin olunub. Hələlik Beyləqan rayon İcra hakimiyyəti başçısının köməkçisi vəzifəsinə təyinat yoxdur.

Qeyd edək ki, xəbəri Beyləqan rayon İcra hakimiyyətindən təsdiqləyiblər.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA