Vüsal Hüseynov İctimai Şuranın üzvlərini topladı - DMX-də müzakirə + FOTO

img

06-11-2018 [19:10]


Bu gün Dövlət Miqrasiya Xidməti (DMX) yanında İctimai Şuranın iclası keçirilib.

DMX-dən Mia.az-a verilən məlumata görə, iclasda Xidmətin rəisi Vüsal Hüseynov Prezident İlham Əliyevin tapşırığına əsasən miqrasiya sahəsində əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə göstərilən xidmətlərin tam şəffaflaşdırılması və vətəndaş məmnunluğuna nail olunması üçün həyata keçirilən tədbirlər, görülən işlər barədə məlumat verib. 

Bildirilib ki, respublikamızda əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquq və azadlıqlarının qorunması, qanunsuz miqrasiyaya qarşı mübarizə, vətəndaşsızlıq hallarının aradan qaldırılması istiqamətində mühüm addımlar atılır.

Xidmətin keyfiyyətinin artırılmasında ictimai nəzarətin əhəmiyyətini vurğulayan V.Hüseynov İctimai Şura ilə səmərəli əməkdaşlığa xüsusi önəm verildiyini qeyd edib. 

Xidmət rəisi DMX-nin əsas prioriteti kimi müraciət edənlərin məmnunluğunun təmin olunmasına, operativlik, şəffaflıq prinsiplərinin daha mükəmməl şəkildə reallaşdırılmasına İctimai Şuranın bundan sonra da töhfə verəcəyini diqqətə çatdırıb.

Sonra Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın üzvləri fikir və təkliflərini bildiriblər.

Şura tərəfindən respublikamızda əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqlarının genişləndirilməsi, onların qanuni mənafelərinin daha mükəmməl qorunması, miqrasiya proseslərinin tənzimlənməsi və miqrasiya proseslərinin təkmilləşdirilməsi məqsədilə hazırlanmış təkliflər geniş müzakirə olunub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA