"Ermənistanın Müdafiə Nazirliyi ilə heç bir əlaqə mövcud deyil" - Rəsmi

img

06-11-2018 [17:29]


Azərbaycan Müdafiə Nazirliyi ilə Ermənistan Müdafiə Nazirliyi arasında rabitə və ya heç bir digər əlaqə mövcud deyil.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Mia.az-a verilən xəbərdə qeyd olunub ki, Düşənbədəki danışıqlara əsasən cəbhədəki vəziyyətlə bağlı Ermənistanla qarşılıqlı əlaqəni yaradan şəxs müəyyən edilib: "Amma bu məsul şəxs Müdafiə Nazirliyinin əməkdaşı deyil".

Qeyd edək ki, Ermənistan müdafiə naziri vəzifəsini icra edən David Tonayan noyabrın 6-da bildirib ki, Azərbaycanla Ermənistanın Müdafiə nazirlikləri arasında əlaqə yaradılıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA