Parlamentdə “uşaqpulu"nun artırılması təklif edildi

img

06-11-2018 [12:31]


Ailə, qadın və uşaq problemləri komitəsinin sədri Aqiyə Naxçıvanlı çoxuşaqlı ailələrə verilən müavinətin artırılmasını, həmçinin 3 yaşına qədər çoxuşaqlı ailələrə verilən müavinətlərə yenidən baxılmasını təklif edib.

Komitə sədri parlamentdə büdcə müzakirələri zamanı deyib ki, həmçinin bu ailələrin mənzil probleminin həlli üçün güzəştli ipoteka kreditləri ayrılmalıdır.

A. Naxçıvanlı həmçinin zorakılıq qurbanları üçün "Qaynar xətt”lərin yaradılmasını da təklif edib. O, bu təcrübənin qonşu Rusiyada da olduğunu vurğulayıb.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA