İrana qarşı: sərbəstlik tanınacaq 8 ölkənin adı bu gün elan olunacaq - Ruhani isə meydan oxudu

img

05-11-2018 [16:20]


Xəbər verdiyimiz kimi, ABŞ-ın İrana qarşı tətbiq etdiyi sanksiyalar qüvvəyə minib.

Mia.az bildirir ki, bununla bağlı ABŞ-dan verilən rəsmi bəyanata görə, sanksiya İranın neft satışı ilə yanaşı, bütün enerji sektorunu, həmçinin, bankçılıq və gəmiçilik sahələrini də əhatə edəcək.

Onu da qeyd edık ki, bu sanksiya siyahısından yalnız 8 ölkənin kənarda saxlanılacağı bildirilib. Yəni  bu 8 ölkənin İranla ticarətinə sərbəstlik tanınacaq. Həmin ölkələrin adları isə Bakı vaxtı ilə bu gün saat 17.00-da açıqlanacaq. 

Bu arada isə İran prezidenti Ruhani bəyanat verib. O, sanksiyadan çəkinmədiklərini bildirib. Əlavə edib ki, qadağalara baxmayaraq, İran neft satışını həyata keçirəcək: "Bu sanksiyanı dəlib, keçəcəyik".

Mia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA