Zakir Həsənov texniki-nəzarət mərkəzinin açılışında - Fotolar

img

05-11-2018 [16:02]


Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanıİlham Əliyevin tapşırığına əsasən, Hərbi Hava Qüvvələrinin (HHQ) modernləşdirilməsi çərçivəsində Bölmələrin idarəedilməsi və texniki-nəzarət Mərkəzinin açılışı keçirilib.

Bu barədə MİA.az-aMüdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Tədbirdə iştirak edən müdafiə naziri general-polkovnikZakir Həsənovvə nazirliyin digər rəhbər heyəti döyüşü idarəetmə məntəqəsinə, rabitə qovşağına, idarəetmə cihazlarının test və təmiri laboratoriyasına, idarəetmə üzrə mütəxəssislərin hazırlanması üçün nəzərdə tutulmuş simulyatorlara, eləcə də digər xidməti və inzibati otaqlara baxış keçiriblər.

Müdafiə nazirinə məruzə edilib ki, mərkəzin təyinatı müxtəlif növ hərbi aviasiyanın uçuşlarının idarəedilməsi, həmçinin döyüş tapşırıqlarının dəqiq və effektiv icrasının təmin edilməsidir.

Mərkəzdə yaradılan şəraitlə tanış olan müdafiə naziri HHQ-nin komandanlığına müvafiq tapşırıqlar verib.




Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA