Yeni qaydalarla keçirilən sınaq imtahanının nəticələri - Açıqlandı

img

05-11-2018 [15:55]


Yeni təhsil proqramları (kurikulumlar) üzrə 2019-cu ilin qəbul imtahanı modelinə uyğun olaraq ölkənin 11 şəhər və rayonunda keçirilən sınaq imtahanlarının nəticələri açıqlanıb.

Dövlət İmtahan Mərkəzindən Mia.az-a verilən məlumata görə, abituriyentlər iş nömrəsini 7727-ə göndərməklə və ya https://eservices.dim.gov.az/netsinaqnew/?frm=egov... linkinə daxil olmaqla imtahanın nəticəsi ilə tanış ola bilərlər.

Qeyd edək ki, imtahanda şagirdlərə hər fənn üzrə 30 test tapşırığı təqdim olunub. Bu tapşırıqların 22-si qapalı, 8-i isə açıq formalı olub. Açıq formalı tapşırıqlardan 3-ü yazılı şəkildə cavablandırılması tələb olunan situasiya və yaxud mətn əsasında hazırlanan tapşırıqlar, digər açıq formalı tapşırıqlar uzun müddətdir istifadə olunan hesablama, seçim, xronologiya, uyğunluğu müəyyənetmə tipli tapşırıqlar olub.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA